“O qadınları tapıb efirə gətirənlər...” - Aqil Abbasdan SƏRT TƏNQİD

2022-06-11 17:40:00

“O qadınları tapıb efirə gətirənlər...” - Aqil Abbasdan SƏRT TƏNQİD

“Bu verilişlər elə ailə institutunu dağıtmaq üçün nəzərdə tutulub. Belə verilişləri Avropadan bizə ötürüblər, özləri də bunu çox ağılla hazırlayıblar. Yəni bizim ağlımıza gəlməz belə edək. Məqsədləri də bəllidir”.

Hurriyyet.az xəbər verir ki, bunu yazıçı, millət vəkili Aqil Abbas televiziyalarımızda yayımlanan özəl verilişlər haqqında danışarkən deyib. Yazıçı bu cür verilişlərin qarşını almağın da mümkünsüz olduğunu bildirib:

“İndi bu verilişlərin də qarşısını almaq mümkün deyil. Demokratiyanın bu üzü də var. Özəl kanallarda reytinq, ağlaşma, səs-küy xətrinə bu verilişləri yayımlayırlar. Eyni verilişlər hamısında yayımlanır. Bunun qarşısını almaq üçün isə gərək senzura tətbiq edəsən və onda da dünya bizə gülər ki, iyirmi birinci əsrdə senzura tətbiq edirlər”. 

A.Abbas bu məsələlərin qarşısını almaq üçün Qeyri-Hökumət Təşkilatlarının da fəaliyyətindən danışıb:

“Azərbaycanda təxminən səhv etmirəmsə beş minə qədər Qeyri-Hökumət Təşkilatı var və onun yalnız 10-12-si öz işiylə məşğuldur. Qalanları isə elə o qadınları tapıb efirə gətirənlərdir. QHT-lər elə pul silməkdən ötrü düzəldilən bir təşkilatdır”.Moderator.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya