Saat:03:11
Haqqımızda

"O, ODLA OYNAYIR, MƏN OLMASAYDIM..." - Tramp Putini hədələdi

2025-05-28 12:42:55

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin odla oynadığını bildirib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Vladimir Putinin başa düşmədiyi odur ki, mən olmasaydım, indiyə qədər Rusiyanın başına çox sayda pis şeylər gələrdi və mən həqiqətən çox pis şeyləri nəzərdə tuturam. O, odla oynayır!”, - Tramp vurğulayıb.

Xatırladaq ki, mayın 25-də “Reuters” Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında münaqişə başlayandan bəri Ukrayna ərazisinə ən böyük hava hücumunu həyata keçirdiyini xəbər vermişdi.

Başverənlərə münasibət bildirən Tramp Rusiya liderinin hərəkətlərindən narazı olduğunu və onun niyə belə etdiyini bilmədiyini söyləyib. Ağ Evin sahibi vurğulayıb ki, o, həmişə Putinlə anlaşıb, lakin indi o, şəhərlərə raketlər atır və bu, onun narazılığına səbəb olur. Tramp həmçinin Rusiyaya qarşı yeni sanksiyaların mümkünlüyünü açıqlayıb.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175944