“O evlərə “kupça” ala bilməyənlərin taleyi necə olacaq?”

2023-01-26 13:58:00

“O evlərə “kupça” ala bilməyənlərin taleyi necə olacaq?”

“Abşeronda torpaqlar Suraxanıdan Binəqədiyə qədər aydınlaşdırılmayıb. Belə ki,  “Zeytunluq” deyilən ərazi var, hazırda Abşeron rayonun hesabındadır. Amma vaxtilə Binəqədi bələdiyyəsinin sərəncamı ilə insanlar orada ev tikiblər. İndi isə o evlərə “kupça” ala bilmirlər. Bu insanların taleyi necə olacaq?”

Hurriyyet.az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında millət vəkili Eldar İbrahimov deyib.

“Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, nə iş görür, nə edir, araşdırılmalıdır. İnsanlar incidilməməlidir. Bir də görürsən, elementar bir şeydən ötrü insanlar get-gələ salınır”, - deyə deputat bildirib. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.201560