Saat:15:13
Haqqımızda

“O, əsl axmaqdır” - Mask

2025-04-08 20:08:20

“O, əsl axmaqdır” - Mask

ABŞ-li milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ prezidentinin ticarət və istehsalat üzrə müşaviri Piter Navarronu axmaq adlandırıb.

Bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Navarro əsl axmaqdır. Onun dedikləri açıq-aydın yalandır. “Tesla” avtomobillərindəki Amerika komponentlərinin payı bazarda ən böyükdür. Navarro bir kisə kərpicdən daha axmaqdır”, - Mask bildirib.

Milyarder Navarronun “Tesla” şirkətinin elektrik avtomobilləri üçün komponentlərin əhəmiyyətli hissəsini xarici təchizatçılardan alması ilə bağlı açıqlamasını belə şərh edib. \\Qafqazinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.202991