Saat:17:24
Haqqımızda

“Nyu-York Tayms”: “Rusiya Ukraynadakı diplomatların ailələrini təcili köçürməyə başlayıb” 

2022-01-18 13:45:00

“Nyu-York Tayms”: “Rusiya Ukraynadakı diplomatların ailələrini təcili köçürməyə başlayıb” 

Hurriyyet.az xəbər verir ki, Amerikanın “Nyu-York Tayms” (New York Times) nəşri Ukraynanın Təhlükəsizlik Xidmətindəki mənbəyə istinad edərək, Rusiyanın öz diplomatlarının ailələrini Ukraynadan çıxarmağa başladığını yazıb. Nəşrin yazdığına görə, Rusiyanın Kiyevdəki səfirliyinin bəzi əməkdaşlarının həyat yoldaşları və övladları 5 yanvar tarixində təyyarə ilə Moskvaya yola salınıblar.  Sonrakı günlərdə də rusiyalı diplomatların 30 nəfərə yaxın ailə üzvləri Kiyev və Lvov şəhərlərini tərk ediblər. Rusiyanın iki digər konsulluğunun diplomatlarına ölkəni tərk eləmək tövsiyə edilib. “Nyu-York Tayms”ın yazdığına görə, Ukrayna ilə Birləşmiş Ştatlar hesab edirlər ki, Rusiya tərəfindən diplomatların ailələrinin evakuasiyasının səbəbi təbliğat, hücuma hazırlıq və ya yanıltma manevri ola bilər.

ABŞ rəsmiləri evakuasiyaya hazırlıq barəsində məlumatlı olduqlarını qeyd ediblər.

TASS informasiya agentliyinin xəbər verdiyi kimi, Rusiyanın Xarici İşlər Nazirliyi “Nyu-York Tayms” nəşrinin Kiyevdəki diplomatların evakuasiyası barəsindəki məqalənin cavabında belə açıqlama verib: “Rusiyanın Kiyevdəki səfirliyi ştat (sabit heyət – red.) rejimində işləyir”.

Xatırladaq ki, ötən həftə Pentaqon ilə Ağ Ev Rusiyanın Ukraynaya hərbi müdaxilə eləmək üçün bəhanə hazırladığını bəyan etmişdilər.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR