Saat:12:31
Haqqımızda

Nyu-York ştatında fövqəladə vəziyyət elan edildi

2021-11-27 15:14:00

Nyu-York ştatında fövqəladə vəziyyət elan edildi

Hurriyyet.az “Yeni Şafak” nəşrində xəbər verir ki, koronavirus epidemiyasında yoluxma saylarındakı artım səbəbindən dünya miqyasında başda Avropa dövlətləri olmaqla, bir çox ölkələrdə yeni tədbirlər görülür.

ABŞ-ın Nyu-York ştatında qış aylarında artması gözlənilən yoluxmalar səbəbindən 15 yanvar tarixinə qədər ştat miqyasında fövqəladə vəziyyət elan edilib.

Ştatda hələlik “Omickon” ştammına rast gəlinməsə də, Cənubi Afrikada aşkar edilmiş yeni Kovid-19 mutasiyasının yayılma təhlükəsinə qarşı təhlükəsizlik tədbirləri görülür. Ştatın qubernatoru hamını peyvənd olmağa çağırıb.

Fövqəladə vəziyyət rejimi 3 dekabr tarixindən qüvvəyə minəcək.

Nyu-Yorkda ilk dəfə 2020-ci ilin martında elan edilmiş fövqəladə vəziyyət 2021-ci ilin noyabrında başa çatmışdı.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR