Nyu-Meksiko fəlakət zonası elan edildi

2022-05-05 22:17:00

Nyu-Meksiko fəlakət zonası elan edildi

ABŞ-ın Nyu-Meksiko ştatının cənub ərazilərini təsiri altına alan yanğın nəticəsində 2 nəfər həyatını itirib.

Nyu-Meksiko ştatı təxminən 650 kvadrat kilometr ərazini əhatə edən yanğına görə fəlakət zonası elan edilib.

Bildirilir ki, aprelin 6-da ştatda 5 nöqtədə başlayan yanğının 20 faizi nəzarətə götürülüb. Nümayəndələr Palatasının üzvü Tereza Leqer Fernandez, prezident Co Baydenin yanğına nəzarət səylərinə diqqətləri cəlb etmək üçün Nyu Meksikonun fəlakət zonası elan edilməsini təsdiq etdiyini bildirib.

Yanğınsöndürmə rəsmiləri qeyd ediblər ki, təyyarələr və helikopterlər tərəfindən dəstəklənən fəaliyyətlər sayəsində yanğının Las-Veqas şəhərinə və ətraf kəndlərə yaxınlaşmasının qarşısı alınıb. Yanğın səbəbiylə Las Veqası əhatə edən Sanqre de Kristo dağlarında 15 min 500 ev təxliyə edilib. Bölgədə təxminən 170 evə ziyan dəyib. \\Metbuat


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya