Nüvə sirlərini dünyaca tanınmış şirkət ələ keçirib? - Kəşfiyyat qalmaqalları

2022-07-25 14:45:00

Nüvə sirlərini dünyaca tanınmış şirkət ələ keçirib? - Kəşfiyyat qalmaqalları

“ABŞ-la Çin arasındakı gərgin münasibətlərə və kəşfiyyat qalmaqallarına biri də əlavə olunub. ABŞ-ın Federal Təhqiqatlar Bürosu Çinin “Huawei” telekommunikasiya şirkətinin avadanlığının ABŞ ordusunun məxfi məlumatlarını, o cümlədən ölkənin nüvə arsenalına aid olan məlumatları ələ keçirmək və Pekinə ötürmək qabiliyyətinə malik olduğunu müəyyən edib”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Çin şirkətinin məxfi məlumatları əldə etməsi barədə konkret məlumat yoxdur:

“Buna baxmayaraq, təsdiq olunub ki, “Huawei” telekommunikasiya şirkəti ABŞ-da quraşdırdığı avanadanlıqlar vasitəsilə məxfi məlumatları əldə edə bilərdi. Şirkətin rəhbərliyi ittihamları rədd edib. ABŞ-ın CNN televiziya kanalının araşdırmasına görə isə Çin şirkəti ABŞ-ın nüvə silahıyla bağlı məxfi məlumatları əldə edib. 

ABŞ Federal Təhqiqatlar Bürosu Çin şirkətiylə bağlı araşdırmalara hələ Barak Obamanın prezidentliyi dövründən başlayıb. Araşdırma o dərəcədə məxfi şəraitdə aparılıb ki, Ağ Ev administrasiyasın bu haqda yalnız 2019-cu ildə məlumatlandırılıb. Görünür, məxfi araşdırma aparan Federal Təhqiqatlar Bürosu məlumatın sızaraq Çinə ötürülə biləcəyindən ehtiyat edib”.

Politolqun sözlərinə görə, ABŞ “Huawei” telekommunikasiya şirkətinə qarşı sanksiyaları 2018-ci ildən qəbul edib:

"ABŞ-ın dövlət strukturlarına Çin şirkətinin avadanlıqlarından istifadə qadağa olunub. Bu qənaətə gəlinib ki, “Huawei” özəldən çox Çin Xalq Ordusu komandanlığının əmrlərini yerinə yetirən şirkətə çevrilib.

Hazırkı qalmaqalın uzun tarixçəsi var. “Huawei” şirkəti ABŞ-da fəaliyyətə başlamadan əvvəl də iki ölkə arasında oxşar gərginliklər yaşanıb. ABŞ 1990-cı illərin başından Çin dövlətini texnologiyalarını oğurlamaqda ittiham edir. Çinli alimlər ABŞ-da ixtisaslarını artırmaq adıyla müxtəlif şirkətlərdə işə düzəlir və Pekindən aldıqları təlimat əsasında çalışdıqları yerlərin texnoloji sirlərini ölkələrinə ötürürmüşlər. ABŞ-da bununla bağlı yüzlərlə cinayət işi açılıb”.

Sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068054