Nüsretin restoranında 615 MİNLİK hesab - FOTO

2022-11-18 19:59:00

Nüsretin restoranında 615 MİNLİK hesab - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında "Formula 1" iştirakçıları alman pilot Sebastian Vettelin vida partisinə yığışıblar. 

20 nəfərdən ibarət qonaqlıq türkiyəli məşhur aşpaz Nüsret Gökcenin Əbu-Dabidə yerləşən restoranında baş tutub. 

Pilotlara bahalı menyu təqdim edilib. İdmançılar şam yeməyində "Petru" şərabı içiblər ki, bunun da bir şüşəsi 27 min dollardır (təxminən 45 min 900 AZN). 

Bahalı qonaqlığın sonunda 615 min 65 BƏƏ dirhəmi (284 min 649 AZN) ödənilib.

İdmançılar bahalı hesabın fotosunu çəkərək paylaşıblar.  

 

 

 BAKU.WS


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.117587