Nüşabə Ələsgərli gəlirini bu yolla artırır – VİDEO
2024-11-29 11:39:41
“Oğlum təki evlənsin, özümüzünkülər kifayət edər. Arzum idi deyə, kiçik toyuna İbrahim Tatlısəsi gətirdim”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli “Həmin Zaur” proqramında deyib. Müğənni “Oğlunuzun kiçik toyuna İbrahim Tatlısəsi gətirdiniz, böyük toyuna kimi gətirəcəksiniz” sualına belə cavab verib. O bildirib ki, bu dəfə heç bir əcnəbi ifaçını toya gətirməyi düşünmür.
N.Ələsgərli Tatlısəsə verdiyi qonorarla bağlı sualı isə cavabsız qoyub. Aparıcı Zaur Kamal isə “Burada söhbət milyondan gedir” sözlərini deyib.
Müğənni qazandığı pulları artırmağın üsulunu açıqlayıb:
“Adamın əlinə çox pul gələndə onu dövriyyəyə qoyar”./Tribunainfo.az/