"Nurçu" olduğu deyilən Elnur Baimov Azərbaycana gələ bilmir - Ziya Məmmədovla nə problemi var?

2022-06-13 12:58:00

Hazırda Vaşinqtonda yaşayan media meneceri Elnur Baimovla bağlı ilginc faktlar ortaya çıxıb.

Hurriyyet.az
-ın xəbərinə görə, 32gun.az-ın redaksiyasına daxil olan məlumatda iddia olunur ki, 2016-ci ilə Amerikaya köçən E.Baimov hazırda ölkəsinə qayıda bilmir. İddia olunur ki, bunun səbəbi sabiq nazir Ziya Məmmədovla bağlı yaranan müəyyən problemlər olub, bu zaman nazirlə bağlı məsələlərdə "qurban" olmamaq üçün ailəsi ilə birlikdə təcili olaraq Amerikaya köçüb.

Hazırda orada bizneslə məşğuldur.

Xatırladaq ki, Baimov 2013-cü ilə qədər Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanlova məxsus media qurumlarına nəzarət edib. Mətbuatda gedən məlumatlara görə,bir çox rusdilli və azərbaycandilli saytları yaradan Baimov o dönəmlərdə nurçu şəbəkəsi üçün təbliğatlar aparması ilə diqqəti çəkib. Lakin 2014-cü ildə E.Aslanov vəzifəsindən azad edildikdən sonra Baimov da təbliğat aparatlarından uzaqlaşdırılıb.

Mətbuatda gedən digər məlumatlara görə, 2013-cü ilə qədər Elnur Aslanlova məxsus media qurumlarına nəzarət edən Baimov daha sonra Nəqliyyat Nazirliyinə keçib.

Məlumatlara görə, Elnur Baimov həm də, nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə seçilib. Onun xüsusilə oğlu Anar Məmmədovla yaxın olub, bir sıra müştərək layihələləri gerçəkləşdirdiyi bildirilir. Bildirilir ki, Baimov A.Məmmədovun təbliğatında böyük rol oynayıb.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya