Nur-Sultan şəhərinin adı dəyişdiriləcək

2022-01-14 11:36:00

Nur-Sultan şəhərinin adı dəyişdiriləcək

Qazaxıstanın "Teleqraf" xəbər agentliyi xəbər verir ki, ölkə paytaxtının əvvəlki Astana adının  qaytarılması üçün imza toplanmasına başlanılıb.
Müraciət mətnində bildirilir ki, 2019-cu ildə Astana adının dəyişdirilməsi cəmiyyətdə mənfi qarşılanıb və sakinlərin özləri də gündəlik həyatda şəhərin keçmiş adından istifadə edirlər.
Fəallar həmçinin şəhərin yerli hakimiyyət orqanlarından Nazarbayevin adını daşıyan küçələrə Qazaxıstanın “dövlətçiliyini, bütövlüyünü və müstəqilliyini vurğulayan” adların verilməsini tələb ediblər. Məsələn, onlar Alma-Atadakı "Nazarbayev prospekti"nin adının "Respublika prospekti" kimi dəyişdirilməsini xahiş ediblər.

Ülviyyə, Hurriyyet.az