Nur-Sultan ləğv edilsin, Astana qaytarılsın - Təklif

2022-09-02 23:59:00

Nur-Sultan ləğv edilsin, Astana qaytarılsın - Təklif

Qazaxıstanda parlament deputatlarının bir qrupu (Yeni Qazaxıstan) paytaxta Astana adının geri qaytarılmasını təklif edib.

Bu barədə deputatların müraciətində deyilir.

“Konstitusiyaya əlavələr ediləcəyi təqdirdə, bu fürsətdən istifadə edərək, əsas qanuna daha bir mühüm dəyişiklik etmək lazımdır. Söhbət paytaxtın əvvəlki adının qaytarılmasından gedir. Bir insanın sağlığında şəhərə adının verilməsini bunu yanlış hesab edirik. Üstəlik, xalq da paytaxtın yeni adını qəbul etməyib. Ona görə də paytaxt Astananın vaxtilə birinci prezidentin (Nursultan. Nazarbayev) təklif etdiyi keçmiş adının qaytarılmasının ədalətli olacağını düşünürük”, – bəyanatda deyilir. \\Konkret


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063412