Nübar qarpız 4500 dollara satılır

2022-06-15 14:38:00

Nübar qarpız 4500 dollara satılır

Hurriyyet.az xəbər verir ki, Yaponiyanın şimalındakı Xokkaydo vilayətinin Tima rayonunda yetişən Densuke qarpızının ilk nübarı 600 min yenə (4500 dollara yaxın) satılıb. Mövsümün ilk qaprız yığımı səhərin erkən saatlarında başlanıb.

Bölgədəki bostançılar bu il ölkədaxili bazara 55 min qarpız çıxarılması planlaşdırırlar.

Densuke qarpızının qapığının rəngi qaraya çalır. Ötən ilki mövsümün ilk satışında bu qarpız 750 min yenə satılmışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya