Saat:01:16
Haqqımızda

Noyabrın 29-da Türkiyə, Finlandiya və İsveç NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər

2022-11-28 17:33:00

Noyabrın 29-da Türkiyə, Finlandiya və İsveç NATO-ya üzvlük məsələsini müzakirə edəcəklər

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, noyabrın 29-da Buxarestdə Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Pekki Haavisto və Tobias Billstryomun görüşü keçiriləcək. Görüşdə Finlandiya ilə İsveçin NATO-ya daxil olması məsələsi müzakirə ediləcək.

Çavuşoğlu deyib: “Proses müsbət yöndə inkişaf edir. Lakin atılması zəruri olan addımlar var. Finlandiya ilə elə də böyük problemlər yoxdur. İsveçlə problemlərimiz çoxdur. İsveç bir ölkə olaraq, böyük addımlar atmalıdır”.

Hazırda İsveç ilə Finlandiyanın NATO üzvü olması üçün müraciətlərini yalnız Türkiyə ilə Macarıstan təsdiqləməyiblər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR