Növbəti cəsəd mübadiləsi
2025-11-20 16:10:40
Hurriyyet.az xəbər verir ki, Rusiya ilə Ukrayna tərəfləri həlak olan əsgərlərin cəsədlərini mübadilə ediblər.
Rusiya tərəfinin Ukrayna hərbçilərinə aid olduğunu iddia etdiyi 1000 cəsəd Ukraynaya qaytarılıb. Bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahı məlumat verib. Qərargah cəsədlərin kimə məxsus olmasının müəyyənləşdirilməsi üçün tezliklə müvafiq orqanların bütün zəruri müayinələri aparacaqlarını bildirib.
Rusiya parlamentinin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev Ukrayna tərəfinin 30 cəsəd təhvil verdiyini bildirib.
Hürr Tərcüman
