Saat:04:54
Haqqımızda

"Növbədənkənar prezident seçkilərinin başa çatması yeni mərhələnin başlanması deməkdir" - VÜQAR BAYRAMOV

2024-02-08 14:29:20

"Yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq"

"Azərbaycanda növbədənkənar prezident seçkiləri başa çatdı. Bu yeni mərhələnin başlanması deməkdir. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənəcəyinə də zəmin yaranır". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq: "Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi. 2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi daha  prioritetləşməkdədir. Dünənki seçki zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək. Xalqımız bu seçkidə də Qalib xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000237