Norveçdən güclü dəstək – Ukraynaya hansı silahları verdi?

2022-04-20 17:47:00

Norveçdən güclü dəstək – Ukraynaya hansı silahları verdi?

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Norveç Ukraynaya 100 ədədə yaxın zenit raket kompleksini göndərdiyini bəyan edib. Norveçin Müdafiə Nazirliyinin açıqlamasında Ukraynaya Fransa istehsalı olan 100 ədəd “Mistral” hava hücumundan müdafiə raketi göndərildiyi bildirilir.

“Mistral” rəqibin alçaqdan uçan vertolyotlarını və təyyarələrini dəf eləmək üçün nəzərdə tutulmuş  mobil zenit-raket kompleksidir.

Norveçin yeni Müdafiə naziri Born Arild Qram “Mistral” raketinin Ukraynaya böyük fayda verəcək modern və təsirli silah olduğunu bildirib. Qram digər ölkələrin də Ukraynaya bənzər silah sistemlərini göndərdiklərini qeyd edib.

Müharibə başlanan gündən Norveç Ukraynaya 4 min tankəleyhinə silah və hərbi təchizat göndərib.

Ukrayna Prezidenti Volodimir Zelenski mart ayının sonunda Norveç parlamentinə göndərdiyi videomesajda Oslodan hava müdafiəsi raketləri tələb eləmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya