Nöqsanlara görə işdən azad edilən Nemət Qasımova yeni vəzifə verildi
2025-05-05 11:42:59

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan nümayəndəliyinin rəhbəri vəzifəsində təyinat olub.
Hurriyyet.az-ın xəbərinə görə, ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.
Əmrlə bu vəzifəyə Nemət Qasımov təyin edilib.
Qeyd: N.Qasımov əvvəllər Xırdalan Elektrik Şəbəkəsinin rəisi olub. Həmin vəzifədən nöqsanlara görə azad edilib.
Pravda.az
