Saat:06:28
Haqqımızda

NK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?

2021-09-17 09:54:00

NK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?

Nazirlər Kabinetinin son qərarı ölkədə un istehsalçılarına verilən subsidiyaların hesablanması qaydasını dəyişərək, bunu artırmaq məqsədi daşıyır. Başqa sözlə desək, daxildə çörək və digər məhsulların qiymətlərinin artmasının qarşısını almaq istəyi və hədəfinə xidmət edir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov Nazirlər Kabinetinin "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" qərarını şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, əslində bu siyasət ilin əvvəlindən həyata keçirilir:

“İndi sadəcə, həmin siyasətə korrektə edilir və dövlət dəstəyi bir az da gücləndirilir. Bunun hansı müddət ərzində yararlı olacağı və nə qədər effektli xarakter daşıyacağını dünya bazarlarında sözügedən məhsul üzrə qiymətlərin müvafiq tendensiyası müəyyən edəcək. Hər halda, indiki şəraitdə bu qərar bazarda ajiotaj yaranmasının qarşısını almağa kömək edəcək. Ancaq bu sahədə uzunmüddətli sabitliyə və yaxud dayanıqlığa nail olmaq üçün bu cür kosmetik xarakterli tədbirlər çox da əlverişli sayıla bilməz”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR