Nizami polisi prokurorluğun “nəzarətində” oğurladığı qazinin əmlakını qaytarmır - Prokurorluq cinayəti və cinayətkarları himayə edir?!

2022-11-23 20:59:00

Nizami polisi prokurorluğun “nəzarətində” oğurladığı qazinin əmlakını qaytarmır - Prokurorluq cinayəti və cinayətkarları himayə edir?!

“Prokuror” sözünün latın dilindəki “procurare”dən götürülməsi, “ qayğısına qalmaq  , himayə etmək” anlamını verməsi bəllidir. Qanunların icrasına və tətbiqinə nəzarət etməklə qanunçuluğu, dövləti himayə etməli olan prokurorluq orqanları gerçəkdə qanunsuzluğu, dövlətin adından cinayəti himayə edir,  cinayətkarların qayğısına qalır. Bizi “baltanı kökündən vurmaqda” qınayanların diqqətinə  hərbi prokurorluğun “Tərtər cinayəti”ni (eləcə də digər özbaşınalıqları) himayə etməsini, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin korrupsioner məmurların “diqqət və qayğısı” ilə 161-ə daxil olan şikayətləri şikayətçilərin özlərinə qarşı çevirməsi faktlarını çatdıraq.  Məhkəmədə dövlət ittihamının müdafiəsi də , qətimkan tədbiri haqqında təqdimat(lar) da  qanunsuzluğun himayə edilməsi yetkisi bağışlayır.  

14 ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edən tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin baş prokurora, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə, şəhər və rayon prokurorluqlarına şikayət(lər)inin yaşı da on ildən çoxdur. Şikayətlərin sayı isə minlərlədir. Bəs sonuc? Sonuc – 1-ci dərəcəli Qarabağ qazisinin Nizami polisinin 24-cü Polis Şöbəsində  işgəncə nəticəsində qol-qabırğalarının sındırılması, ağ ciyərində hematoma əmələ gəlməsi , tibbi yardıma da faşistcəsinə qadağa qoyulması, MSK- da  (müvəqqəti saxlama kamerası) ağır yaralı durumda iki sutka azadlıqdan məhrum edilmə , daşınar-daşınmaz əmlakının istintaq- axtarış adı altında oğurlanmasıdır ! (?) Nizami rayon prokuroru Pərviz İbayevin 1-ci dərəcəli Qarabağ qazisinə,  DİN-in zabit pensiyaçısına bu işgəncə “qayğısı”ndan xəbərsiz olmadığını müstəntiq Qalib  Kərimlinin vəsatəti əsasında onun adından Nizami məhkəməsinə verilən iki sutkalıq işgəncə məhbusunun yataq otağında axtarış təqdimatı sübut edir. Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gündən sonra – 14.10.2022-ci ildə  tərtib olunub Azad İsmayılzadə adlı şəxsin ismayilzadə[email protected] elektron poçtundan göndərilən təqdimatın təmin edilməsi haqqında 05.09.2022 -ci il tarixli geydirmə  qərardan CPM-in tələblərinə uyğun olaraq üç gün ərzində apellyasiya şikayəti verilsə də, “40 günə “faş olunmalı” oğurluqdan şikayətə 40 gündür baxılmır. Bəli, bəli, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və daha üç nəfər polis 1-ci dərəcəli DİN-in Qarabağ qazisi iki günlük həbsdə yatanda yataq otağında “protokol qaydasında axtarış” (CPM-də belə axtarış növü yazılmayıb) aparıb, on nəfərlik dörd ailədən ibarət mənzildən qaziyə aid olmayan, oğluna məxsus həyat yoldaşının dərs keçdiyi kompüteri qəbz vermədən oğurlayıblar. 80 gün keçib, amma hələ də qaytarmırlar.

Nizami polisinin 161-ə şikayət əsasında DİN-in 1-ci dərəcəli Qarabağ qazisinə işgəncə verməsinin kökündə də cinayətin və cinayətkarların himayə edilməsi durur. 5 il qabaq Ərəstun adlı şəxs Qarabağ əlillərinin etibarından sui – istifadə edərək onların ticarət  köşklərini üç ay başqa şəxsin icarəsinə verib və müharibə əlillərinə üç min manat ziyan vurub. Əlillərə dəyən ziyanın ödənilməsini təmin etmək tapşırılan sahə müvəkkili Elçin İslamov isə Ərəstunla dost olduğunu bildirib və dələduzu ölkədən qaçırıb. 5 ildir bu yekəlikdə özbaşınalığa rayon prokuroru hüquqi qiymət verilməsindən imtina edir. Hüquq mühafizə orqanları cinayətlərini 1-ci dərəcəli DİN-in Qarabağ qazisinə “axtarış cinayəti” sifariş etməklə “malalayırlar”. Yoxsa, 161-ə 2021-ci ilin oktyabrında edilən şikayət Nizami polisinə bir ildən sonra necə göndərilə bilər?

 Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin Orxan Hüseynov adlı prokuroru  (tel. 0507658875) 1-ci dərəcəli Qarabağ qazisinin şikayəti əsasında onun özünə qarşı CM-in 320.1 maddəsinə əsasən cinayət işi başlayıb və istintaqın davam etdirilməsi Nizami RPİ-yə göndərilib? Ombudsman belə cavablarla insan hüquqlarını qoruyursa, onun da gerçəkdə cinayəti və cinayətkarları himayə etməsi üzə çıxır. Baş prokurorluqda başlanan cinayət işinin nömrəsi, tarixi və Nizami polisinə göndərilməsi tarixi niyə gizlədilir? Ən başlıcası, hər kəsin cinayət işinin başlanması anından müdafiəçi ilə təmin olunmaq hüququ vardır, niyə vəkil ayrılmayıb və indi də ayrılmır ? 1-ci dərəcəli yataq xəstəsi Qarabağ qazisinə işgəncə verilməsi istintaqdan yayınma ilə izah edilir? Harada yazılıb ki, kiməsə xəbər vermədən, onun barəsində şikayət olmadan  istintaqdan yayınma dələduzluğu ilə axtarışa verilsin? Məhkəmə qərarı olmadan heç kəs axtarış adına tutula bilməz! Prokurorluq cinayəti himayə edirsə, bəs Ombudsmana nə gəlib? Bilmir ki, məhkəmə qərarı olmadan heç kəs azadlıqdan məhrum edilə bilməz, işgəncəyə məruz qoyula, tibbi , vəkil  yardımından məhrum edilə bilməz? Azərbaycansayağı demokratiyaya baxın, polis,  prokurorluq , məhkəmə Ədliyyə Nazirliyinin dılğır bir icra məmurunun təzyiqi ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə məhkəmənin verdiyi qeyri- yaşayış otaqlarının borclular İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin,  Nizami RİH -in məsul şəxslərinin saxta şəhadətnamə ilə satmalarına görə tələbkara işgəncə verilməsini ört-basdır edirlər. İstənilən halda “ört-basdır sənədi”, yəni Nizami prokurorluğunun cinayət işinin başlanmasından imtina edən qərarı işgəncəgörən Qarabağ qazisinə verilməlidir. Niyə verilmir?

Nə qədər ki,  prokurorluq , məhkəmə cinayəti və cinayətkarları himayə edəcək, Ombudsman bu himayəni hüquq müdafiəçiliyi kimi sırıyacaq,   Azərbaycansayağı demokratiyanın səsi Avropadan gələcək. Elə şikayətlərin özü  da xaricdəki telekanallardan yayımlanacaq. ...

Məğrur BƏDƏLSOY

P. S. Yazını tamamlayan anda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 16.11.2022-ci il tarixli pozulmuş insan hüquqları ilə bağlı məktubunu aldım. Heç demə, 1-ci dərəcəli Qarabağ qazisinin körpə nəvələrinə stress, psixoloji travma yaşadaraq 24-cü Polis Şöbəsinə aparılıb işgəncə verilməsi,  nəticədə qol-qabırğalarının sındırılması, ağ ciyərində hematoma əmələ gəlməsi, tibbi yardıma qadağa qoyulması, 2 sutka məhkəmə qərarı olmadan həbsdə saxlanmağı , yataq otağında axtarış aparılıb, kompüterinin oğurlanmasında qanun pozuntusu yox imiş! Bəs Ombudsmana xəbər veriməməsi, müdafiəçi ayrılmaması necə,  bu da insan hüquqları pozuntusu deyil? Ombudsman Aparatının rəhbərinin nağıla uyması polisə neçəyə başa gəlib?

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.310587