Saat:19:21
Haqqımızda

Nizami poeziyası: insan fenomenologiyasının katarsisi

2021-12-07 14:07:00

Nizami poeziyası: insan fenomenologiyasının katarsisi

Allahverdi Eminov

Nizami poeziyası qarşısında itaət etmək hər bir şair üçün şərəfdir, əgər o, şei­­rin bədii – riyazi inteqraldan, insan qəlbinin enerjisindən cəsarətlənib əlinə qə­ləm alırsa. Və yazandan sonra İlahi bir iş gördüyünü iqrar edirsə ruhən yüngülləşir, fə­­sadlardan uzaqlaşır. Bu ovqatda şair İlahi ilə ruhi səsləşmə şəbəkəsinə daxil olur. Və ilk öncə İnsan faktoru bu varlığın ecazkarlığının yaradıcı düşüncəyə ma­lik­li­yi­ni, zid­diyyətsiz yaşaya bilmədiyini, gənc nəsillər tərbiyə etdiyini (sərvətlərin for­ma­­laş­­ması cəhdində bulunduğunu) və ilaxır ədəbiyyatın əsas mövzusu edəcə­yi­ni dü­­şü­nür. Konkret götürsək, poeziya zamanın, dövrün əxlaqi və sosial problem­lə­ri­nə bir­ba­şa cavabdehlik göstərməsə də ədəbiyyatşünaslar ədəbi materialı rəsmən bel­let­çitük və ciddi kateqoriyaya ayırmışlar. Bu ayırmanın əsasında nəyin dayan­dı­ğı­­na zəmanət vermək çətindir, həqiqət budur ki, poetik əsərlərdə (şərq şeirində) şai­­rin ciddi problemlərə müdaxiləsi hər bir müəllifə müncər deyildir. Oxucu tələ­ba­tı var ki, əsərlərində qaldırdığı bəşəri ideyalar mütərəqqiliyi, praqnozlaşdırıcı qabi­liy­­­yəti, insan əxlaqının fövqəl qüvvəyə motivasiyasının psixoloji mexanizminin real­­­laşması vacib şərtdir. Firdovsi, Nizami, Sədi, Nəsimi, Füzuli kimi korifeyler Dün­­­­ya ədəbiyyatının nəhəngləridir. Nizami şeirinə (poeziyasına) varanda mü­­­tə­fək­kir­lik tapırıq, soaial – ictimai konsepsiyaları, didaktik görüşləri bədii ya­ra­­dıcılıq kon­tekstində götürürük.

Şərq İntibahının Azərbaycan qolunda – qanadında iki dahinin: Nizami Gən­cə­vinin və Nəsirəddin Tusinin bədii və elmi fəaliyyətində tarixi hadisələr: birində ta­rixilik poetik şəkildə tərənnüm edilmiş, digərində tarixi kontekstdə tərbiyəvi – pub­lisist mühakimə ilə təsvir olunmuşdur. Başqa sözlə, tarixin poeziya ilə ifadəsi və həyatın pedaqoji yönümdən şərhi. Hər iki dahi bədii və tərbiyə kateqoriyalarını ta­rixi aspektdə qoşalaşdırmışdır.

Aristotel demişdir: “Poeziya tarixdən daha fəlsəfi və ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən danışır”.

 

Təəssüf ki, tarixçilər tarixi faktlara, onun dəqiqliyinə qarşı – laqeydlik de­məz­­­dik – mənfur millətçilik, özündə olmamağın dərdini yaşamaqla xalqın bədii, el­mi, mədəni dəyərlərini görmək istəmədən kəskin şəkildə inkar etmişlər. O xalqın or­taya qoyduğunu əslində mənimsəyirlər, özününküləşdirirlər: min illik tarixi kəşf­lə­rin, nəzəriyyələrin, hipoteziyaların, nəzəri aksiomların “oğrusuna” çevrilirlər. M.Lo­­­monosovun, Nyutonun, Keplerin, Mendeleyevin, Eynşteynin və başqalarının müəl­lif kimi bəşəriləşdirdikləri elmi naliyyətləri, kəşfləri XII-XIII əsrlərdə Nizami və Tusi – şair bədii sözlə, alim isə elmi dillə təsvir etmişlər. Təsadüfi deyil “fizik­lər – li­riklər” problemi bu gün də dəbdədir. Biz ötən əsrin 70-ci illərində “fiziklər – li­­rik­lər” silsiləsindən xeyli məqalələr çap etdirdik. Qərb filosofları, psixoloqları, ge­­­ne­tikləri və başqa ixtisas sahibləri insanın cinsi və sosial tərbiyəsinə diqqət ayır­dı­­lar (Kant, Hegel, Lebon, Freyd, Yunq, Nitşe, Şopenhager və b.). Müsəlman şər­qi­­nə üz tutdular: bu elə – belə maraq deyildi...

“Avesta” Avropaya ayaq açmışdı, müəl­lifi Zər­düşt Nitşenin oxucu  siyahı­sın­da idi. “Qobusnamə” heyrət doğur­muş­du. Bu mad­­di dəyərlərin mərkəzində İn­san – Allahın bəndəsi dayanırdı. İngilis filo­so­fu və döv­lət xadimi Frensiz Bekon (1561-1625) yazırdı: “İnsan təbiəti bilavasitə, Al­lahı isə təbiəti öyrənməklə, öz – özü­nü reflekslərlə dərk edir. Təbiət elmləri və nə­zəri əmə­li hisslərdən ibarətdir. Hiss­lər biliyin əsasıdır, ağılla təcrübənin inkişafı hər şe­yə qadirdir!”

Şərq həmişə olduğu kimi, İnsanı tərbiyənin subyekti gözündə görürdü, özü­nü an­lamalı, Dünyaya uşaq gətirməli və tərbiyələndirməlidir. Şərq VII-VIII əsr­lər­dən baş­layaraq İnsanın varlığını Allahın bir zərrəciyi kimi qiymətləndirdi, yəni o, mə­­nə­vi – ruhi başlanğıcdır, veranta, sufizm, panteizm konsepsiyaları yarandı. O cüm­­lə­dən, sufizm (təsəvvüf) fərqləndi. Şairlər də bu təriqətə üz tutdular. Mütə­fək­kir Ni­za­mi istisna deyildi. Nizami bəşəri humanizmin bir qolunu özündə ehtiva edən uto­pik cəmiyyətin bədii konsepsiyası yaşadığı mühitin filosoflarının, tarix­çi­lə­­rinin əqli im­kanlarından kənar idi. Şairin əxlaqi baxışları üçün xarakterik səs­lə­nən insan hiss­lərinin cövhərinin dəyərlərinə münasibəti Qərb alimlərini əsla maraq­lan­dır­ma­mış­dı – təəssüf doğurur. Bir həqiqətdir ki, cinsi fərqlərin statusu psixi du­ru­­mun­da öz­lərinə və insanlara münasibəti, neqativliyin şişirdilməsi bəşəri zəmində xa­­tır­lan­ma­ması, süni ideoloji təsir altında hər yeni nəsillərə ötürülməsi “kölgə” ov­qatını ya­radır.

Nizaminin poeziyası isə heç zaman standart tədqiqat mövzusu olmamışdır. Bəl­­lidir ki, XI-XIII əsrlərdə Bizans imperiyasının süqutundan sonra dövlətçilik for­ma­­laşmağa başladı, Osmanlı dövlətinin meydana gəlməsilə (XIII) mədəniyyət, o cüm­­lədən, emal inkişafa qədəm qoydu. İslamın qəbulundan sonra Dün­yə­vi elm­lə­rə, İlahiyyata meyl gücləndi, cərəyanlar yarandı. Məsələn, xatırlatdığımız ki­­mi (“Su­fizm” – bu söz ərəbcə “yun”, yaxud “qaba” yundan hazırlanmış parça mə­­na­sı­nı verən “saf” – “suf” sözlərindən yaranmışdır). Sufizmin mahiyyətini dərk edən Ni­­zami Təsəvvüfi fikirlərə, yozumlara hörmətlə yanaşmışdır. Nizami pozi­ya­sı in­sa­­na (Allaha), irfana, məhəbbətə, bir sözlə, əxlaqa sevgiyə səsləyir təşviq edi­lir.

Şərq poeziyası özünə məxsus mövzusu və üslubu çalarları ilə bu günün ədə­biy­yat kontesktində Qərbin söz sənətindən tamamilə seçilir, bunun bir mühüm səbəbi xalq­ların (millətlərin) yerləşdiyi təbii mühitlə, sivil əlaqələri ilə bağlıdır.

Orta əsrlərin IX-XII yüz illikləri Qərb üçün gözlənilməz oldu: ərəb xilafə­ti­nin hakimiyyəti heç də sovet ideologiyasının iddiaları ilə üst-üstə düşmürdü. Hətta el­­mi naliyyətlərinin hansı mənbədən qidalandığı inkar olunurdu. Bir faktla kitafət­lə­­nəcəyik: Eramızadan əvvəl yaşamış Sokrat, Platon və Aristotel “üçlüyü” ərəb və fars alimləri tərəfindən tərcümə olunmuşdur. Xüsusilə, Abbasi xəlifələrindən Əbü­cəfər Mənsur (754-775), Məmun (813-833) vaxtında “tərcüməçilik hərəkatı”geniş ya­yılmışdı, hətta məktəb təsis edilmişdi və “Hikmət evi” adlandırılmışdı. Bunun nə­ticəsiydi Yaqub Kindi, Əbunəsr Fərabi, Əhməd Birunu, Bəhmənyar, İbn Sina, Mah­mud Qəznəvi kimi peşəkar filosofları yetişdi, bu simalar, xüsusilə, Aristotel ir­si­­ni öz dillərinə çevirdilər. Halbuki, Qərb bu simanın bəşəri səciyyəli “Orqanon”, “Ri­­to­rika”, “Poetika”, “Etika”, “Metafizika” və başqa əsərlərini Vətənlərinə gətir­di­lər. Və Aristotel fəlsəfi məktəbini: aratdılar, Qərb isə yaxşıca əxz etdilər – özü də 5 əsrdən sonra!

F.Engelsin Aristotel haqqında fikri ilə razılaşmamaq olmaz: “Aristotel dia­lek­tik təfəkkürün artıq ən mühüm formalarını tədqiq etmişdir”. (F.Engels “Anti – Du­­rinq”, Bakı. 1967)

Şərq şeirində qadın gözəlliyi, onun bəxş etdiyi səadət ovqatı, yaşamağa nik­binliyi sevgidə təzahür edir. Əgər Aristotelin estetik fikri ilə desək, aşiq və mə­şuq bir-biriylə qovuşmamaqda “günahları”nı yumağa – katasisə gəlirlər, adətən, bu­nu zə­­ma­nədə axtarmağa çalışmırlar. Platonda Pifaqordan gəlmə katarsis anlamı gö­zəl­­li­yin təsəvvürü ilə – idrakın cismani gözəllikdən ruhi gözəlliyə yüksəlməsilə bağ­­lı­dır. Aristotelin katarsisi “təmizlənmə”nin şərtlənir və faciəviliklə əlaqədar təli­mi­nin əsa­sında dayanır. Şərq qəhrəmanlarından Leylilər və Məcnunların bir-birinə qo­vuş­ma­ması adiləşə bilərdi: Məgər bütün gənc sevgililər vüsala yetməyəndə öl­mə­­li­dir­lər­mi? Amma Məcnunlar və Leylilər sonda öldülər, bununla ruhları təmiz­lənir.

Dahi psixoloq Ziqmund Fridin (1856-1939) – psixo analizin banisinin bəzi nə­zəriyyələri (Röya nəzəriyyəsi və Psixo analiz konsepsiyası) sırasında “Libido” an­layışı bütün dünya elmini maraqlandırmışdır: belə ki, təhtəlşüur fikir və psixo­lo­ji repressiya mexanizmi nəzəriyyəsi daha çox məşhurlaşmışdır. Alim insan ruhu­nun faciəsi səbəblərinə onu sağaltmaq üçün nə etməli olduğuna da toxunmuşdur. “Li­bido” məsələsinə müəlliflik etməklə bütün yaradıcılıq prosesi seksual ener­ji­si­nin (“libido”) sublimasiyası (yüksəlməsi) nəzəriyyəsində baş tutur. İncəsənət də yu­xu­ görmə (röya) kimi elə bir hadisədir ki, bariz şəkildə büruzə verir.

Cinsi enerjinin – “Libido”nun həmin şəxs tərəfindən paylanılmasının həm mə­nəvi – ruhi, həm də ictimai – sosial əhəmiyyətindən çox mətləblər ortaya çıxır.

Z.Freyd nə şair, nə rəssam, nə yazıçı, nə də bəstəkardı, lakin o, yaradıcılığın müəllif şəxsiyyətinin içindən – ruhundan qaynaqlandığını analiz etmişdi, habelə şöh­­rətli yazıçılardan R.Rollan, S.Sveyq, R.Rilks və digərləri ilə tanışdı ki, gələcək­də psi­xoloqun yeni ideyaları ədəbi – bədii fikirdən yaranacağına inanırdı. Adını çək­­mə­li olduğum “Leonarda da Vinçi” adlı tədqiqatında (1910) birmənalı qarşılan­ma­yan, mü­bahisə doğuran məsələlər yox deyil, bu şəhvət hissi ilə bağlıdır. Belə ki, ali­min yaz­dığına inansaq: dahi rəssamın çəkdiyi qadın obrazlarında “Mona Liza” və baş­­qa­ları onun anası Katerinanın son dərəcə sərt xarakteri müəyyən cizgilərdə öz ək­­si­ni tapmışdır.

Bizi Edip kompleksi maraqlandırır. Z.Freydin kompleksində irəli sürdüyü uşa­ğın doğma anasına erotik hiss bəsləməsi iddiası inandırıcı görünmür və nəzəriy­yə­sini şərqli psixoloqlar pis qarşılamışlar, eləcə də şairlər. Şərq poeziyasının ko­ri­fey­ləri Firdovsi, Rudaki, Nizami, Füzuli, Vaqif və başqaları – bu simalar həm də də­rin biliyə, dünyagörüşünə, antik fəlsəfi savada malik olublar. Poemalarında şəh­vət hissinə nəsnə kimi baxmışlar, qadın obrazlarında, eləcə də kişi surətlərində ali müd­riklik hissini yüksək qiymətləndirmişlər. Füzulinin Leylisi Məcnuna yaxın­laş­maq­la vüsala qovuşmaq istəyirsə Məcnun imtina edir. Mübahisə aparmaq istəməz­dik. Qərb alimlərinin erotik problemlərə belə bir etikadan (əxlaqdan) yanaş­ma­la­rı­na təbii baxmaqda qeyri – adilik yoxdur. Uşaq özünü tanıyanda ona sual vermək: “Sən qoca vaxtı anana intim hiss bəsləmisənmi?”– Cavab necə səslənər. Yaxud, bir­başa “sən uşaq ikən anana intim sevgin olub” təkidində yeniyetmənin halını tə­səv­­vü­rə gətirərək və bunu yazdığımın xəcalətini çəkməmək olmur.

Z.Freydin Şeksprin “Hamlet” faciəsinə müraciəti atanın öldürülməsinin bir növ oxşarı olan şah Xosrovun Şirinlə bir yataqda ikən qeyri – qanuni arvadından do­­ğu­lan oğlu tərəfindən öldürülməsi faciə deyilmi? Məgər orta əsr Şərqində psi­xo­loqlar yox idimi? Lakin Farabinlər, Bəhmənyarlar, İbn Sinalar, Tusilər tədqiqat möv­zularında saf davranışa (əxlaqa), qadın – kişi münasibətlərində mübhəm çalar­la­ra belə ehtiyatla yanaşmışlar, bəşəri problemləri araşdırmışlar...

(Ardı var)

***

 

Şərq poeziyasında Anaya münasibət ilahi qovuşma qismindədir, insanın do­­ğu­mu və sonu səbəbindədir. Belə ki “Ana” obrazı bütün xalqlarda bəşəri məhəb­bə­­tə layiqdir. Bu ilahi istək Nizami Gəncəvinin yaradıcılığına da şamildir.

Qərb tədqiqatçıları bu problemlərə birbaşa toxunmuşlar, bu ünvan filosof K.Yun­qa da­­ha yaxındır Z.Freyddən fərqli olaraq. Bu psixoloq və filosofların mü­hüm çatış­maz­­lığı Şərq şeiriyyatından, o cümlədən, Nizami “Xəmsə”sindən bixə­bər­­li­yidir. Ni­za­mi poemalarında təsvir etdiyi qadın obrazları sədaqətli sevgili, müd­rik baş­çı, ki­şi­­ni qiymətləndirməyi bacaran xanımlardır və heç bir vəchlə onla­rın dün­ya­ya gətir­dik­­ləri uşaqlarda Edip kompleksit olmamışdır: Oğlan övladlarının öz ana­sına ero­tik his­si! Və mən bu zəmində Qərb psixoanalitiklərin tədqiqatlarını öz xa­rak­terləri üçün tə­bii sayıram. Arxetiplərə (ilkin tiplər, formalar) üz tutmaları da bir cəhd­dir. Bəs ne­cə olur qərbdə doğulan, yaşayan və tərbiyə alan insanlar ge­ne­tik cə­hət­dən Şərq­də dün­yaya göz açanlardan ciddi fərqli cinslərdir, baxmayaraq hamımız Adəm­lə Həv­va­nın övladlarıyıq – bu da qəribə yozumdur...

Qeyd edək ki, arxetiplər miflərdə, əsatirlərdə, habelə yuxularda üzə çıxırlar, ni­zamlanmış görüşlərə malikdirlər. Psixoloqların şəhadətinə görə yuxularda, ruhi xəstələrin təxəyyülündə onlar anlaşılmaz obrazların yığını təsiri bağışlayırlar. Bu ba­xımdan arxetiplər təxəyyülün qaynağı, ədəbiyyat və incəsənət əsərləri üçün ilkin ma­terial funksiyasını yerinə yetirirlər. Nizami poemalarına XII əsrdən etibarən şərq miniatür rəssamları müxtəlif sujetlər çəkmişlər, mifik insan təsvirləri yarat­mış­lar. Şair təsadüfi deyil ki, sənətkar obrazları yaratmışdır. “Yeddi gözəl”də Sim­nar, Şeyda kimi memarları təsvir etmişdir. Eləcə də “Xosrov və Şirin”də Fərhad su­rətini

 

O bənna olsa da Məşhurdur adı,

Odur min nəqqaşın böyük ustadı, –

 

Simrana işarədir.

 

K.Yunq araşdırmasında o yerlərə çıxır ki, şərqin insanı psixikasında təxəy­yü­­lün məhsulu kimi sağlam düşüncədən kənar fikirlərə yol açır: insanın alçaq və bə­­­sit cəhətləri, kişidə qadın obrazı, qadında kişi obrazı. Bir də şərh etməli olsaq “Ani­­­ma” latınca “qəlb”, “Animus” “ruh” mənalarını verir. Anima kişidə qadın baş­lan­­­ğı­cı, Animus qadında kişi başlanğıcı obrazlarını ifadə edir. Bu obrazlar (Anima və Ani­mus) qədim dövrlərdə təşəkkül tapmış qadın və kişi obrazlarını özündə eh­ti­va edir. K.Yunqun yozumuna görə, bu əsasda insanda məhəbbət və nifrət hissi ya­ra­­­nır, “onlar bütövlükdə” “qəlb” adlanan psixi hadisələrin arxaik formalarını təş­­kil edirlər. Nəticə isə: şüura inteqrasiya olunan Anima Erosa, Animus Loqosa çev­­ri­lir.

Şərq insanına onun ətrafından başlayıb gələn gözəllik idiealı heç zaman ilkin tip adamını “ləkələmək” iddiasına düşməmişdir. Nizaminin poeziyasının estetikası bu­nu tələb etmişdir. Sokratı, Platonu, Aristoteli oxuyan dahi şair əjdadlarında Edip komp­leksini “kəşf” etmək qənaətində olmamışdır. İnsan onsuz da həm zahiri, həm də da­xili ilə sağlamdır, xeyirxahdır. Qadınlar isə heç də şəhvətə yad deyil, bu gün də ki­şidən zövq almaq, həm də kişi erkəkliyini təcəssüm etdirmək xasiyyəti möv­cud­­dur. Nizami Nüşabəni qadın tipi olaraq təsvir edir:

 

Erkəksiz yaşayan bu dişi ceyran

Gözəldi, göyçəkdi erkək tövüzdən.

Xoşsöhbət, ürəyi saf, məhəbbətli

Bir pəri əndamlı, xoş təbiətli.

 

Nizami Qərb mütəfəkkir şairləri, alimləri neçə əsr qabaqlamışdır dünya­gö­rü­şü, intellekti və fəlsəfi biliyilə, o cümlədən, mistik təsəvvürlərini “Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “İsgəndərnamə”, “Xosrov və Şirin” əsərlərindəki ideyaları ilə. Məs­­­lə­hət bilmiş ki, insanlar tibbi və ruhi elmlərdən xəbərdar olsunlar, bu mənbələr kai­nat və insan psixologiyası haqqında düşünməyə əsas verir.

“Yeddi gözəl” poemasında Nizami bəşəriyyətin xilas düsturuna toxunaraq in­­san­dakı gizli enerjisini fəaliyyətsiz qalan mərkəzlərdə hərəkət etdirməyi cahillik­dən kamilliyə aparan yolun “düsturu” kimi göstərir – yazmışdır. Əsərlərin qəhrə­ma­nı Bəhram şairin fikirlərinin təmsilçisi olaraq daxili hisslərini büruzə verir. Bəh­ram bir fərd kimi bir kişi cinsinə məxsus daşıyıcılara malik olaraq intim ruhi həya­tı­nı təşkil edən emosional səciyyəli şəxsdir və “libido”dan kənarda deyil, psixi konf­liktlərdən də kənarda yaşamır. Bəhramın Xavərnəng qəsrində yeddi gözəlin şək­­linə ovqatı ilə baxması təsadüfi təsiri oyatmır, bəsirət göznünün açılması, qızla­rın oya­­dacağı xoş təssurat naminə yollar axtarır. Xavərnəng qəsri Bəhramın kişi sim­­vo­lu obrazını xatırladır. Şair əbəs deməmişdir:

 

Gəzib yer üzündə yeddi ölkəni,

Yeddi şahzadə qız yanacaq yəni.

Bunu özümüzdən demişdir belə,

O yeddi ulduzdan gətirdik ələ.

 

Nizami son misarası ilə Ali enerjinin kişi tayfasına verdiyi sifarişlərin ümu­mi mahiyyətini çatdırmaq istəmişdir.

İnsan fenomenoloji psixikasından irəli gələn davranışına münasibətində bir qa­nunanuyğunluq vardır və bu məsələ ya elmi, ya da müşahidə vasitəsilə aşkar­la­nır – biz Nizami mühitini nəzərdə tuturuq: Uşağın hansı valideynlərdən doğulması və hansı coğrafi şəraitdə böyüyüb tərbiyə alması. Təsadüfi görünməsin ki, XII-XIII əs­­rin ab – havası, yetişən gənclərin özünü dərk edən, yaşlıların psixi durumundan irə­­li gələn davranışlarında buraxdıqları qüsurları dahi alim, əxlaq nəzəriyyəçisi N.Tu­si (1201-1274) “Əxlaqi Nasiri” traktında “nəfs” probleminin fəlsəfəsində araş­­dırmışdır. Hansı ki, paradoks kimi görünməsin: Russo, Con Lokk, Disterveq, Pes­talotsi, Komenskilərin ulu babaları belə doğulmamışdı. Lakin Nizami XII əsrin in­sanı olaraq əxlaqda analogiyaların ictimai həyat şəraitini mənimsəmişdi, bunu öz ailə­sində, oğlu Məhəmmədin tərbiyəsində, ata  – oğul bağlılığında büruzə vermiş­dir. Şirvanşah Axistan ona “Leyli və Məcnun” poemasını yazmağını təvəqqi edən­də, (hərçənd, tərəddüd keçirəndə) oğlunun arzusunu (əsərin yazılmasını) öncə nə­zərə al­mışdır.

 Bir amili də xatırlatmağa dəyər ki, Nizami mövcud şəraitlə əlaqədar insan psi­xi­kasını, ondan öz ata və anasına məhəbbəti, mal – dövlətə meyilliyinin dərə­cə­si, hakimiyyət həsirliyi, şöhrətpərəstliyi, gözəllik idealı və sairni bədii yaradıcı­lığın­da təsvirini tapmışdır.

“İsgəndərnamə”də Sokratın, Platonun, Aristotelin, Pifaqorun deyilən fikir­lə­ri, əl­bət­tə, Nizamiyə məxsusdur. Şair ictimai – sosial utopiyasını irəli sürən­də Orta Əsr uto­pistlərin (Jan Jak Russo, Raber Oyen, Şarl Furye) ulu bbaları da dünyaya gəl­­məmişdilər. Nizami etik – fəl­səfi fikirlərində qərbin “Edip kompleksi”ni axtar­ma­mışdır, hakimiyyəti təmsil edən şahlara üz tutmuş ki:

 

Sərxoşluq edən dövlət huşyar olacaq bir gün,

İllərlə yatan bir bəxt bidar olacaq bir gün.

 

Nizami insanın davranışını mənəvi – əxlaqi təkamül kontekstində axtarırdı, bu da humanizm və xəlqilik ideyalarının dövlətin idarə olunmasının bir əsas atribu­tu deməkdir. Anadan naqis doğulanlar (genetik baxımdan), qeyri – qanuni atanın öv­ladı sayılanlar fəsad işlərdən, hətta doğmasını qətlə yetirməkdən belə çəkinmir­lər. Bu hissi Xosrovun oğlu tərəfindən öldürülməsi bir fakt olaraq qalır tarixin sə­hi­fə­lərində...

Məqalədə məqsədimiz material verən qadın və kişi qəhrəmanlarının (bəzisi ta­rixi simalardır) şəhvət – ehtiras hissinin psixoloji və bioloji təbiətini – mahiy­yəti­ni xırdalamaq deyil, dərinə varanda Ana (qadın) və Ata (kişi) emosional və düşü­nən varlıqlardır. Ananın – qadının köməyilə kişi qadın xarakterini başa düşə bilir. Ata­­nın – kişinin sayəsində qadın kişini anlayır. Qadın birliyə, kişi isə ayırmağa kök­lənir. Həyatda onlar öz aralarında ahəngdar münasibətlər qurmağı bacarırlar, bu har­moniyanı Nizami poemalarında göstərmişdir. Mütəfəkkir şairin bədii fəlsəfə­sin­də tədqiqatçıların nəzərindən o yayınmış ki, əsrlər sonra Qərb filosof və psixo­loq­la­rın baş sındırdığı “kişi qadında kişiliyin təzahürü qismində” çıxış edə bilər, qa­dın isə “kişidə qadınlığın təzahürü” konsepsiyasını vaxtında rədd edə bilər – poe­tik ya­naş­masında. Nizami müdrükliyi heç cürə razılaşmazdı, əxlaqi – etik baxı­mın­dan: ki­şidə qadına məxsus nəsə olsun.

Bir həqiqəti də etiraf edir Nizami: həyatda hər iki subyektin bəzi əlamətlərini özün­də daşıyan fərdləri mövcuddur, açıqlayası olsa kişinin qadınlığından, qadının ki­şi­liyindən danışmaq olar. Belədirsə əgər – kişinin (ərinin) təsiri altına düşən qa­dın (həyat yoldaşı)  – hər iki tərəf xarakterlərindən uzaqlaşmaqla qarşılaşırlar.

Faciəvi məqamlar onda olar ki, ər qadının göstərişlərinə, ədalarına sözsüz əməl etməklə “qadınlaşır”! Nizami böyüklüyü, Nizami müdrükliyi millətin gələcək əsr­lər qarşısında İslamiliyini, dönməzliyini, əxlaqi saflığına zəmanətini vermişdir. Bəl­kə belə bir mövzulara biganə qalmışlar, affpektə qatılmamaışlar, əksinə atavizmə nəs­lildə qadın babalara məxsus müsbət əlamətlərin görünməsi problemini araşdır­mış­lar Qərb isə. Bir nümunə: “Dahi fransız yazıçısı Viktor Hüqonun “Səfil­lər” roma­nın­da Jan Voljan obrazı insanın: kişi və qadını özündə birləşdirən tipini – androgni yarat­maq­da nə dərəcədə haqlıdır? Sualı açıq saxlayırıq.

Nizami Şərq poeziyasına məxsus poetikasından irəli gələrək öz bədii etika­sın­da qədim filosofların mühüm konsepsiyalarına – idrakın ehtiraslar (emosiyalar) üzə­rində hakimiyyətinə daima diqqət yetirmişdir. Ümumiyyətlə, Şərq ədəbiy­yatın­da, o cümlədən, poeziyada idrakla poetik ehtiras qoşa qanaddır, insanın ruhunda bir­­gə yaşayırlar, yaradıcılığa yol açırlar. Amma Nizamiyə görə hər iki fenomen nə­za­­rətdən yayınmamalıdır. İdrak ehtirası, emosiyanı başlı – başına buraxmamalı­dır, əks halda ifrat fəsadlar törədər, başa düşülən başı aşağı salar. Budur, Nizami Gən­cə­­vinin əsrləri qabaqlayan fikri: “Ey ürək, sənin çırpınmaların yanında ehtiras ağa­cı bitmişdir, hələ o, sənin başını əyməmiş sən onun başını əy. Əgər sən bu bağ­la­manı (ehtiraslar yükünü) üzərindən ata bilsən, məhv edən ehtirasların əlindən in­lə­mə­yəcəksən”.

Nəticə olaraq konkretləşdirib fikirlərimizi çatdırmağı lazım bildik. Niza­mi­nin poeziya okeanında yazanlara yalnız kiçik gəmi kimi görünmək olar. Şair dərin anali­tik təfəkkürü ilə həyatda insanın – fərdin (şəxsin) düşüncələrini, hiss və hə­yəcan­la­rı­nı ifadə etmiş, subyektin öz şüurunu dərk etməsini praqnozlaşfırmışdır.

Bəlkə bu yanaşma bizim tərəfimizdən təbii sayılmalıdır, onun üçün ki, Niza­mi ədəbiyyatın, xüsusilə, şeirin incəliklərini (poetikasını) şərh etmişdir. Müasir nə­zə­ri baxışla yanaşsaq, insana məxsus fenomonoloji refleksiyanın ruhi həyəcan­la­rı­nın mövcudluğunu nəzərə almışdır.

Fenomonoji yanaşmanın şeirdə bir vəzifəsi də  Varlığın və İdrakın sirrini üzə çı­xar­maqdır (şair poema – hekayətlər kitabının adını əbəs yerə “Sirlər xəzinəsi” qoy­­ma­­mışdır). Şairlər, yazıçılar, rəssamlar insan faktoruna fenomonoji baxımdan ya­­na­şıb, onun (insanın) qəlb – ürək sirlərini aşkara çıxarmaq yolunda bələdçilik edir­lər.

Nizami Varlığa poetik – fəlsəfi münasibətini Dünya poeziyası səviy­yə­sin­də ger­çəkləşdirmişdir.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR