“Niyə yalnız Səlim Müslümov məsuliyyətə cəlb edilib?”

2022-08-24 17:34:00

“Niyə yalnız Səlim Müslümov məsuliyyətə cəlb edilib?”

“Əlil tibbi müayinədən hər beş ildən bir keçməlidir. Bizdə bunu çox adam bilmir. Çünki Səlim Müslümovun dövründə belə müayinələr formal olub. Vətəndaş heç tibbi müayinə üçün müraciət etməyib, sadəcə, Dövlət Sosial Müdafiə Fonduna müraciətlə kifayətlənib. Qurum əməkdaşları da vətəndaşdan aldıqları nələrinsə müqabilində onun əvəzinə tibbi arayış alıb işini həll edirdilər”.

Bu sözləri Yenisabah.az-a hüquqşünas Əkrəm Həsənov əlillik dərəcələrin təyin edilməsi, bəzən əlilliklərin saxta olmasına görə ləğv olunması, vətəndaşlara verilən pensiyalar üçün narazılıqlara münasibət bildirərkən deyib:

“Sahil Babayev nazir olandan kimlərə saxta əlillik təyin edilib pensiya verilirdisə, bu hallar araşdırılmağa başlanıldı. Vətəndaş da pensiyasını kəsdikdə və ya beş il bitdikdən sonra  ona tibbi müayinədən keçmək lazım olduğu deyiləndə şikayət edir. Şikayətlərinin əsası da bu olur ki, nazirlik əlilliyini ləğv edib, pensiyası kəsib. 

Bu, belə deyil. Sadəcə olaraq vətəndaşdan tibbi müayinədən keçilməsi tələb olunur. Bu da düzdür. Əlillik nisbidir. Yəni, şəxs sağala bilər. Bir dərəcədən olan əlilliyin dəyişilməsi ehtimalı yüksəkdir. 

Hazırda da rüşvət halları var. Amma əvvəlki kimi geniş, kütləvi deyil. Vətəndaşlar ünvanı səhv salıblar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu icraedici orqandırlar. Bu qurumların bu mənada tələbləri qanunda yazılanlar əsaslanır. 

Əvvəllər bədənin bir hissəsi olmayanda və nələrinsə qarşılığında şəxsə tez-bazar əlillik təyin edirdilər. Bir çox vətəndaş əlillikdən yox, ona əlilliyin müəyyən dərəcəsindən imtina edirlər. Əlillik təyin edilən şəxs barəsində araşdırmalara başlayanda onda əlillik dərəcəsinin daha aşağı olması və buna görə ona daha az pensiya düşdüyü ortaya çıxır. Vətəndaş da bundan narazı olur. 

Onlar qurumlardan yox, parlamentdə pafoslu, boş-boş danışan deputatlardan narazı olmalıdır. Bu qanunu onlar yazıb və qəbul edib. 

Bir şey də maraqlıdır ki, orada rəhbər vəzifədə çalışanların əksəriyyəti bu işlərlə məşğul olublarsa, niyə yalnız Səlim Müslümov məsuliyyətə cəlb edilib?! Səlim Müslümov və başqaları vaxtilə bilərək qanun layihələrini korrupsiya hallarının çox olması üçün o tərzdə veriblər. Vətəndaşlarımız deputatlardan hesabat tələb etməlidir. Bu cür şikayət edən vətəndaşlar məhkəmələrə müraciət etmir”.

Hüquqşünas onu da bildirdi ki, dövlət orqanları içində əleyhinə ən çox məhkəmə qərarı çıxarılmış qurumlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxud da Dövlət Sosial Müdafiə Fondudur.

“Bəs, niyə  bəzi hallarda nazirlik vətəndaşın məhkəməyə müraciət etməsini gözləyir?” sualını hüquqşünasın münasibəti belə olub: 

“Elə hallar da ola bilər ki, qurum qanunun dilini tam aydın başa düşmür, daha dəqiq qanunda vətəndaşın məsələsi ilə bağlı tam aydın izahı görmür, buna görə də vətəndaşa pensiya verməkdən, əlillik dərəcəsinin tətbiqindən imtina edir. Azərbaycan qanunvericiliyi bərbaddır. Qanunlar bərbad şəkildə hazırlanıb. Onların  dili, üslubu, hüquqi texnikası zəifdir. Buna görə də qanunun özündə ziddiyyətlər çoxdur. Bəzi məsələləri ümumiyyətlə, başa düşmək olmur.  

Qurum qanunun tam aydın olmayan müddəalarına görə, vətəndaşa pensiya versə, özü məsuliyyətə cəlb edilə bilər. Qurum deyə bilməz ki, qanun başa düşülmədiyinə görə, vətəndaşın müraciətini müsbət qiymətləndirib. Amma əksər hallarda bu kimi bu məqamlarda məhkəmələr vətəndaşın xeyrinə qərar çıxarır”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069232