Saat:08:37
Haqqımızda

Niyə rus xalqı Bakının tərəfində oldu? - Razuvayev

2021-09-27 12:45:00

Niyə rus xalqı Bakının tərəfində oldu? - Razuvayev

Ermənistanla Azərbaycan arasında müharibə başlanandan bir il keçir. Rusiyada indiyə qədər çoxları anlaya bilmir ki, Ermənistan niyə müharibədə uduzdu və nə üçün rus xalqının çox hissəsi Bakının tərəfində oldu.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı ekspert Aleksandr Razuvayev bildirib.

“Rusiya mediasının meydanı ümumilikdə İrəvanın tərəfində idi. Bildiyimiz kimi, Rusiya mediasında ermənilər çoxdur. 44 günlük müharibə zamanı Rusiyada, ermənilərin ətrafında Azərbaycanı dəstəkləmək üçün insan müəyyən mərdliyə, cəsarətə malik olmalı idi. Məsələn, əvvəlcədən çox yaxşı başa düşürdüm ki, mənim mövqeyim o vaxtlar işlədiyim şirkətin rəhbərliyində çətin ki, anlayış tapsın. Ancaq bəzən şəxsi prinsiplər maliyyə mənfəətindən və karyerasından daha üstün olur”, - deyə həmsöhbətimiz qeyd edib.

Qeyd edək ki, Razuvayev Vətən müharibəsi dönəmində Rusiyanın nüfüzlu “Alpari” analitik mərkəzinin rəhbəri vəzifəsində çalışırdı. Hazırda onun bu mərkəzlə yolları ayrılıb.

Ekspertin sözlərinə əsasən, guya “ən qədim xristian xalqı”nın nümayəndələri Rusiya, Fransa və ABŞ-dakı lobbisinə ümid bəsləyirdi.

“Onlar prinsipcə nə ordu, nə də iqtisadiyyatla məşğul olurdular. Turizm və əmək miqrantlarının ödənişlərinə söykənən iqtisadiyyat isə dayanıqlı ola bilməz. Otuz il ərzində Azərbaycan güclü iqtisadi və hərbi güc yarada bildi. Ermənistan isə heç bir şey etmirdi. Onlar elə düşünürdülər ki, ermənilərin bütün problemlərini həll edə biləcək lobbisi var. Lazım gəlsə Ermənistan naminə ruslar, fransızlar özlərini fəda edəcəklər...

Ermənistandan fərqli olaraq Azərbaycan müasir müharibənin nə demək olduğunu bütün dünyaya nümayiş etdirərək, iqtisadiyyatını və Silahlı Qüvvələrini uğurla modernləşdirmişdir. Əlbəttə ki, döyüş ruhu da Azərbaycan əsgərinin tərəfində idi. Ermənilər qaçmağı düşünən zaman, Azərbaycan hərbçiləri Vətən uğrunda ölməyə hazır idilər. Yeri gəlmişkən, onların arasında ruslar da var idi.

Onu da qeyd edim ki, Azərbaycanın haqq işini təkcə Türkiyə və yaxud Pakistanda dəstəkləmirdi. Bütün dünya bilirdi ki, Azərbaycan öz ərazi bütövlüyünün bərpası yolunda Vətən müharibəsinə qalxıb və ağlı başında olan hər kəs Bakını dəstəkləməyə borclu idi”, - deyə rusiyalı ekspert qeyd edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR