Niyam: “Vermeşil yeyən insan sənə necə qulluq edə bilər?!“

2022-12-24 20:01:00

Niyam: “Vermeşil yeyən insan sənə necə qulluq edə bilər?!“

"Mən də fəhlə olmuşam. İstəmişəm ki, axşam kimsə məni metroya qədər aparıb, düşürtsün. Əziyyət çəkmişəm. Yuxu üçün ölmüşəm. Yenə səhər tezdən durub işə getmişəm".

Hurriyyet.Az xəbər verir ki, bu sözləri müğənni Niyam Salami "Şou xəbər" verilişinə müsahibəsində deyib.
Sənətçi bəzi sahibkarların işçilərinə "yuxarıdan aşağı" baxmasına üsyan edib:
"Əsəb keçirmişəm. Vermeşil yeyən insan sənə necə qulluq edə bilər, necə ayaq üstə qalıb, işləyə bilər? İşçiyə yuxarıdan aşağı baxmaq olmaz! Qab yuyana necə 15 manat pul vermək olar? Belə çıxır ki, fəhlənin hesabına milyonçu olmaq istəyirsən. Amma fəhləni işlədib, ona pul vermək istəmirsən. Sultan Süleymana qalmayan dünya, kimə qalacaq?"
Qeyd edək ki, Niyam Salaminin Bakı ətrafında böyük restoranı var.

 


 

Bizim media

 

 

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151076