Nişanlısından 3 gün sonra o da öldü

2022-06-15 15:04:00

Nişanlısından 3 gün sonra o da öldü

Xəbər verdiyimiz kimi, iyunun 12-si Şəki şəhərində toya hazırlaşan nişanlı cütlük qəzaya uğrayıb. “Mersedes” markalı avtomobilin ağaca çırpılması nəticəsində sürücü 1990-cı il təvəllüdlü İbrahim Ağalarov hadisə yerində həlak olub. Avtomobildə olan nişanlısı 1995-ci il təvəllüdlü Günel Göyüşova isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Hurriyyet.az-ın məlumatına görə, Balakən rayon Hənifə kənd sakini olan Göyüşova Günel bu gün Şəki Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

Qeyd edək ki, cütlüyün iyun ayının 19-u Baləkən rayonunda toyları olacaqdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya