Saat:03:43
Haqqımızda

"Nikol Paşinyana çox vaxt verilə bilməz" - ELXAN ŞAHİNOĞLU

2024-03-28 11:25:53

"Aprelin 5-də Brüsseldə baş tutacaq görüşdən əvvəl və ya sonra ən başlıcası aprel ayında 4 kəndin qaytarılması məsələsi həllini tapmalıdır"

"Ermənistanın baş naziri Nikol Paşinyandan sonra parlamentin sədri Alen Simonyan da eyni cümləni işlədərək Ermənistanın 4 kəndi qaytarmayacağı halda Azərbaycanın müharibəyə başlayacağını bildirib. Deyəsən, başda baş nazir olmaqla hökumət üzvləri və parlament sədri qapalı iclasların birində sözləşiblər ki, Ermənistan cəmiyyətini mümkün müharibə ilə qorxutsunlar". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, bu, Azərbaycan üçün faydalı təbliğat vasitəsidir: "Əsas sual tarixlə bağlıdır. Nikol Paşinyan 4 kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Aydındır ki, bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın. Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu bilrlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidirlər. Paşinyan bu işləri uzatmamalıdır. Zaman onun əleyhinə işləyir. O aprelin 5-də Brüsselə gedəcək. Səfərdən əvvəl və ya sonra ən başlıcası aprel ayında bu məsələ həllini tapmalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi rəsmi Bakıdan 4 kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil: "Kəlbəcərdə ermənilər çıxmalı idilər, Qazaxa bitişik 4 kənddə isə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyanın 4 kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.186463