Saat:07:31
Haqqımızda

"Nikol Paşinyan son Moskva görüşündən narazı qalıb" - ELXAN ŞAHİNOĞLU

2023-05-30 11:51:00

"Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir"

"Bugünlərdə Moskvadan qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətməyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzini rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun qənaətincə, onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir: "Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına "əmr edərsiniz" deyib Rusiyaya yollanır. Nikol Paşinyan iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, vasitəçi Brüssellə yanaşı, Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək".

"Atlas" Araşdırmalar Mərkəzini rəhbərinin sözlərinə görə, Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR