Nikol Paşinyan: Qarabağın Azərbaycanın olması fikrinə alışın...

2021-11-26 13:08:00

Nikol Paşinyan: Qarabağın Azərbaycanın olması fikrinə alışın...

“Qraparak” qəzeti yazır ki, Nikol Paşinyan Sünik icmalarının rəhbərləri ilə keçirdiyi görüşdə təkcə Sünikdən-Qarakilsədən keçən dəhliz yolundan danışmayıb, həm də "Artsax"la bağlı sensasion bəyanat verib.
“Mənbələrimizə görə, o, Artsaxın Azərbaycanın olması fikrinə alışmağa çağırıb və deyib ki, düz 30 il özümüzü aldatdıq və sonda nə baş verməli idisə o da baş verdi. Qraparak bu barədə bir neçə icma liderindən açıq soruşmağa çalışsa da, həm Tatev icmasının rəhbəri, həm də Gorus şəhərinin vitse-meri sualı dinləyib və şərh verməkdən imtina etməyib. Görüşə gəlincə, Paşinyan Sünik başçılarına deyib ki, biz yolları bağlaya bilmərik, Sünikdən keçməklə Azərbaycana Naxçıvana gedən yolu verməyə bilmərik, çünki Əliyev buna hərbi yolla nail olmağa çalışacaq və bizim qarşıdurma üçün resursumuz yoxdur”, deyə qəzet yazır. 

Ülviyyə, Hurriyyet.az