Nikol Paşinyan istefa verib? – Rəsmi açıqlama

2022-05-06 19:39:00

Nikol Paşinyan istefa verib? – Rəsmi açıqlama

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.

Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlərinin seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.

"Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. "Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar.

Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, amma belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, – dövlət rəsmisi bildirib. \\Gundem.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya