Nikol Paşinyan İrəvandan Kremlə Rusiyanın "bostanına daş atdı"-Ermənistan KTMT təlimlərinə ev sahibliyi etməyəcək

2023-01-10 13:23:00

Nikol Paşinyan İrəvandan Kremlə Rusiyanın

Baş nazir Paşinyan bu günki mətbuat konfransında bildirib ki, Ermənistan bu il KTMT təlimlərinə ev sahibliyi etməyəcək və İrəvan bu barədə təşkilatın Birləşmiş Qərargahını məlumatlandırıb. O qeyd edib ki, Ermənistan hazırkı vəziyyətdə KTMT təlimlərinin keçirilməsini yersiz hesab edir.
Nikol Paşinyan, “Ermənistanın müdafiə naziri artıq KTMT-dən olan həmkarlarına yazılı şəkildə məlumat verib ki, bu vəziyyətdə Ermənistanda KTMT təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmirik. Bu təlimlər ən azı bu il Ermənistanda keçirilməyəcək”, deyə fikrinə açıqlıq gətirib.
Bundan başqa Paşinyan mətbuat konfransında bildirib ki, Ermənistan Laçın dəhlizinin açılması üçün Rusiya Federasiyası ilə ultimatum dili ilə danışmaq fikrində deyil. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizinin fəaliyyətini təmin etməlidir. "Dəhlizin fəaliyyətinin təmin edilməsi üzrə əsas vəzifələr Moskva və Bakıya həvalə edilib”, deyə Paşinyan bildirib.
Nikol Paşinyan, "2021-ci ilin mayında təcavüz baş verəndə biz tərəfdaşlarımızdan, xüsusən də Rusiyadan konkret addımlar gözləyirdik. Müraciətlərimizə cavab olaraq cavab aldıq ki, Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiyası aparılmayıb. Sual yarandı - haradadır? Bu qırmızı xəttdirmi? Əlaqələri daha da qurmaq üçün qırmızı xəttin harada olduğunu və məsuliyyət sahəsinin harada olduğunu başa düşməliyik", ifadələri ilə birbaşa Rusiyanın "bostanına daş atıb".
Nikol Paşinyan, "Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mandatını imzalamayıb, bilmənizi istəyirəm ki, mandatı Ermənistan və Rusiyanın müdafiə nazirləri imzalayıblar. Amma yaddaşım məni yanıltmırsa, bu sənəd yalnız hər üç tərəf tərəfindən imzalandıqdan sonra qüvvəyə minir”, deyə "suyu bulandırmağa", daha doğrusu Azərbaycanın rus "sülhməramlıları"na rəsmi mandat vermədiyini, Rusiyanın qıcıq ünvanını Azərbaycana yönəltməyə çalışıb.

Ülviyyə, Hurriyyet.az
 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143797