Saat:05:36
Haqqımızda

"Nikol Paşinyan hökuməti yeni siyasi oyuna başlayıb" - XAQANİ CƏFƏRLİ

2023-03-29 10:53:00

"İndi rəsmi Bakının üzərinə düşən İrəvanın ehtimal olunan bu oynunu pozmaqdır"

"Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin və Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verməsindən dərhal sonra Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin Konstitusiyasına uyğunluğu ilə bağlı qərar verməsi təsadüfi qərar deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun ölkənin Konstitusiyasına uyğun olmadığı haqqında 2004-cü ildə qərarı var. Erməni rəsmilərinin bu qərarı Azərbaycanla qarşıdurmada bu məhkəmə instansiyasından istifadə edəcəkləri izah etmələrinə dünayada baş verən siyasi proseslərdən azacıq xəbəri olan heç kim inanmaz". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, Moskvanın sərt reaksiyası da göstərir ki, İrəvanın "izahatı" Kremli inandırmayıb: "Əksinə, bu "izahat" Moskvanı ələ salmaqdan başqa bir şey deyil. Çünki Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin Konstitusiyasına uyğunluğu ilə bağlı qərarı Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderi ligitimləşdirməyə xidmət etdiyini Moskvada çox gözəl anlayırlar. Rusiyanı hər cür cinayətlərdə ittiham etmək olar, amma siyasətdən bixəbər olmaqda ittiham etmək mümkün deyil. Xüsusilə də rusiyalı diplomatları "söz oynunda" aldatmaq mümkün deyil. Əsası Andrey Qromıko tərəfindən qoyulmuş sovet-rus diplomatiya siyasətinin mahiyyətində rəqibi "söz oynunda" udmaq dayanır. Heç şübhəsiz ki, İrəvanda da bunu gözəl bilirlər və Moskvanı aldada bilməyəcəklərini anlayırlar".

Xaqani Cəfərlinin fikrincə, belə görünür ki, Nikol Paşinyan hökuməti yeni siyasi oyuna başlayıb: "Paşinyanı da çox şeydə ittiham etmək olar, amma onun siyasi oyun qurmaq bacarığını da görməzdən gəlmək olmaz. Əlbətdə, Paşinyanın niyyəti Putini həbs etmək deyil. Bunu istəsə də bacara bilməz. Burada Paşinyanın iki niyyət güddüyünü ehtimal etmək olar. Birincisi, Paşinayn bununla Putinə qarşı geniş beynəlxalq cəbhənin yanında olduğunu nümayiş etdirir. İkincisi isə Azərbaycanın bundan sonra göstərə biləcəyi təzyiqiləri Bakı ilə Moskvanın İrəvana qarşı birgə mövqeyi kimi qələmə vermək üçün əsas yaratmağa çalışır. Fikrimcə, İrəvan məhz bu fəndə əl atacaq və Bakını Moskva ilə birgə hərəkət etməkdə ittiham edəcək. İnsanlığa qarşı cinayətlər törətməkdə ittiham olunan Moskva ilə birgə hərəkət etmək ittihamı isə ağır nəticələr doğura bilər. İndi rəsmi Bakının üzərinə düşən İrəvanın ehtimal olunan bu oynunu pozmaqdır. Azərbaycan hökuməti bunu bacaracaqmı? Rəsmi Bakının bunu bacaracağına inanmaq istəsəm də, çox böyük şübhəm var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR