Nikol meydan oxudu: Kreml İrəvana ağır zərbə vuracaq

2023-01-11 12:03:00

Nikol meydan oxudu: Kreml İrəvana ağır zərbə vuracaq

Rəsmi İrəvan əslində bütün istiqamətlərdə Rusiyaya bildirir ki, KTMT formatı onun üçün qanedici deyil və təhlükəsizliyinə zəmanət vermir. Paşinyanın mətbuat konfransında verdiyi açıqlamalar da buna dəlalət edir.

Bu sözləri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər haqqında danışan Hüquq və İnsan Haqları İnstitunun işçisi, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi Ermənistanın Rusiyanı başqa himayədarlarının maraqları üçün satdığını bildirib:

“Ümumi siyasi mənzərəyə nəzər yetirdiyimiz zaman həqiqətən KTMT-nin Ermənistanın təhlükəsizliyinə zəmanət vermədiyi görünür. Hətta ölkə ərazisində yerləşən rus hərbi bazası da İrəvana güvən vermir. Ona görə, Paşinyan hökuməti Avropa İttifaqının aparıcı üzvlərindən olan Fransa ilə əməkdaşlığa, onunla yaxınlaşmağa daha meyillidir. Dünən Paşinyanın mətbuat konfransı keçirdiyi zaman müdafiə naziri Suren Papikyanın qəbul etdiyi AB texniki qiymətləndirmə missiyası və əvvəl göndərilən heyətlərin təşkili də Fransanın təşkilat daxilində apardığı lobbiçilik fəaliyyətinin nəticəsidir. Rəsmi Paris AB-dəki mövqeyindən istifadə edərək belə missiyalar vasitəsilə İrəvan üzərində təsirini daha da artırmaq və genişləndirmək istəyir. Hazırda Paşinyan Moskvaya oradan ölkəsi üçün xeyirli nəsə gözləmədiyi mesajını verir. Vaxtilə Osmanlı dövlətində yüksək vəzifələr tutan ermənilər ən çətin dönəmdə onu xainlik edib Rusiyaya satdılar. İndi də tarix təkrarlanır - Ermənistan başqa himayədarların mənafeləri, maraqları üçün Rusiyanı satır. Bu, erməni xalqının faciəsidir. Öz himayədarlarını çətin məqamda başqa bir himayədarın boyunduruğuna girmək üçün satırlar”.

Rizvan Hüseynov Rusiyanın Ermənistanın atdığı addımları cavabsız qoymayacağını vurğulayıb:

“Nəticə olaraq Rusiyanın Ermənistana gec-tez cavab kimi böyük zərbələr vuracağını proqnozlaşdırmaq mümkündür. Yəqin ki, Paşinyan hakimiyyətinə hansısa mərkəzlər müəyyən vədlər verib və iqtidar bu itkiləri gözə almağa hazırdır. Formalaşan vəziyyət Azərbaycanın bölgədə mövqeyini daha da gücləndirəcək və fikrimcə, dövlətimiz yaranan fürsətdən müsbət mənada istifadə edib Qarabağla bağlı problemləri də tam aradan qaldıracaq. Yaxın gələcəkdə isə Ermənistanın Türkiyə və Azərbaycanın birliyinin ortaya çıxardığı yeni geosiyasi reallığı qəbul etməkdən başqa çıxış yolu qalmayacaq”.

axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.157630