“Nike” firması Moskvanın “Spartak” klubu ilə müqaviləni pozdu

2022-05-12 17:22:00

“Nike” firması Moskvanın “Spartak” klubu ilə müqaviləni pozdu

Hurriyyet.az “Ekonomiçeskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, UEFA təşkilatının sanksiyaları ilə əlaqədar məşhur “Nayk” (Nike) idman geyimləri şirkəti Moskvanın “Spartak” klubu ilə əməkdaşlığını dayandırıb.

Bu barədə açıqlamanı “Spartak”ın mətbuat xidməti yayıb.

Açıqlamada deyilir: “Nayk” firması “Spartak” futbol klubuna məlumat verib ki, UEFA-nın qərarına əsasən, klubumuz gələn mövsümdə Avropa kuboklarında iştirak edə bilməyəcəyi üçün bizimlə bağladığı sponsorluq razılaşmasını dayandırır. “Spartak”ın kommersiya şöbəsinin rəhbərliyi yeni geyim tədrükçüsü axtarışı ilə bağlı iş aparır”.

“Nayk” şirkəti 2005-ci ildən bəri “Spartak”ın texniki sponsoru olub.

2021/22-ci illər mövsümündə “Spartak” Avropa liqasının 1/8 finalına qədər çıxıb. Lakin Rusiyanın Ukraynaya hərbi təcavüzünün başlanması səbəbindən UEFA Moskva klubunu turnirdən kənarlaşdırıb.

Ardından Avropa Futbol Assosiasiyaları İttifaqı Rusiya klublarını Avropanın 2022/23-cü illər mövsümündəki klub turnirlərindən də kənarlaşdırmağı qərara alıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya