Nihat Kahveci “Qarabağ”ın qələbəsi haqqında: Halal olsun qardaşlarımıza!
2025-10-02 20:55:47
“Karyeramda “Qalatasaray”ın qələbəsinə sevinirdimsə, eyni hissləri “Qarabağ” üçün də keçirirəm. “Kopenhagen” üzərində inamlı qələbə, meydanda tam üstünlük, dirəyə dəyən top..."
Hurriyyet.Az xəbər verir ki, bu sözləri Türkiyə millisinin sabiq hücumçusu Nihat Kahveci Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda Bakıda keçirilən Azərbaycan “Qarabağ” – Danimarka “Kopenhagen” (2:0) oyununu şərh edərkən deyib.
"İki turdan sonra 6 xal və Avropa futbolunun nəhəngləri ilə eyni cədvəldə olmaq. Halal olsun qardaşlarımıza! Bu, inanılmaz başlanğıcdır. Pley-offa çıxmaq üçün yaxşı şanslar var. Belə büdcə ilə Çempionlar Liqasına bu cür başlamaq tarixdir. Belə uğurlar asan qazanılmır”, – deyə Kahveci bildirib.
