Saat:03:59
Haqqımızda

Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar - ŞOK FAKTLAR

2022-01-20 13:17:00

Nigeriyadan 6 futbolçunu Bakıya gətirib başlarına oyun açdılar - ŞOK FAKTLAR

Nigeriyadan olan bir qrup futbolçu Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib.

Hurriyyet.az Publika.az-a istinadən xəbər verir ki, Nigeriya Respublikasının vətəndaşları - 1998-ci il təvəllüdlü Ochia Onyeka Bonaventure, 1999-cu il təvəllüdlü Animasaun Babatununde Ayo, 2001-ci il təvəllüdlü Okafo Chukvuka Collis, 1999-cu il təvəllüdlü Kanu İfeanyi Kelvin, 1998-ci il təvəllüdlü Effiong Anthony Jhon və 1998-ci il təvəllüdlü Olavale Abiodun şikayət ərizəsi yazaraq bildirib ki, Ağdam rayon sakini olan 1979-cu il təvəllüdlü İsmayılov Musa Hüseyn oğlu onları aldadaraq külli miqdarda pullarını ələ keçirib. Belə ki, Musa ismayılov həmin futbolçuları Azərbaycanda müxtəlif futbol klublarına transfer edəcəyini və onların yüksək maaş qazanacağını vəd edərək onları Bakıya gətirib. O, futbolçuları Nərimanov rayonunda yerləşən "Altus" otelində yerləşdirib. Bir müddət burada qalan futbolçular daha sona aldadıldıqlarını anlayıblar və onları Bakıya gətirən şəxslə əlaqələrini itiriblər.

Aparılmış ilkin araşdırmalardan sonra M.İSmayılovun digər şəxslərə qarşı da dələduzluq etdiyi və barəsində Xətai rayon Polis İdarəsi tərəfindən öncədən cinayət işi açıldığı və axtarışda olduğu məlum olub.

Araşdırmalar davam etdirilir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR