Saat:04:34
Haqqımızda

Nigeriya terrorun cəngində - yanvar ayı ərzində 250 nəfər həlak olub

2022-01-17 13:39:00

Nigeriya terrorun cəngində - yanvar ayı ərzində 250 nəfər həlak olub

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Nigeriyanın şimal-şərqindəki Kebbi ştatındakı Dankade kəndində silahlı hücum nəticəsində 50 nəfər həlak olub. 

Hücumu motosikllərdə gələn onlarla silahlı şəxs törədib. Cinayətkarlarla dövlətin güc strukturlarının əməkdaşları arasında toqquşma baş verəndən sonra onlar kəndə hücum ediblər. Nəticədə 50 nəfər həlak olub, çox sayda insan yaralanıb. Həlak olanlardan ikisi hərbçidir. Bundan başqa, cinayətkarla yerli sakinlərə məxsus onlarla evi yandırıblar. 

Nigeriyanın kəndlərinə silahlı terrorçuların hücumları çox baş verir. 4-5 yanvar tarixlərində Zamfara ştratında silahlı hücumlar nəticəsində 200 nəfərdən çox insan həlak olmuşdu. Nigeriya Prezidenti Məhəmməd Buxarinin rəhbərlik elədiyi hökumətin gördüyü tədbirlərə baxmayaraq, terrorçuların və silahlı quldur dəstələrinin hücumlarını dəf eləmək, insan oğurluğunun və məktəblərə hücumun qarşısını almaq mümkün olmur. 

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR