Nigar Fərhad Amerikaya gedir
2025-04-02 17:46:24
.jpeg)
"Sözün bitdiyi an" verilişinin aparıcısı Nigar Fərhad ABŞ-a gedir.
Hurriyyet.az xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb.
"Hər şey qaydasındadır. Dəstək olan hər kəsə təşəkkür edirəm. Gələn həftənin 2-ci günü Amerikaya 3 həftəlik səyahətim var. Bir az sakitləşmək, oradakı dostlarımla görüşmək istəyirəm.
Universitetdəki professorlarımla görüşəcəyəm. Artıq 2 ildir ki, onları görmürəm. Professorlarımla çəkilişlər də edəcəyəm, görəcəksiniz", - deyə o vurğulayıb.
Aparıcı daha sonrakı paylaşımında ABŞ-da yaşamaq üçün ev axtardığını deyib, izləyicilərindən bu barədə kömək istəyib.
