Saat:08:40
Haqqımızda

Nigar buna görə yerli universitetlərdən İMTİNA EDİB

2022-08-13 12:39:00

Nigar buna görə yerli universitetlərdən İMTİNA EDİB

Xəbər verdiyimiz kimi, bu il IV ixtisas qrupu üzrə 700 bal toplayaraq, rekorda imza atan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib. O, burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.

Gənc qızın Azərbaycanda ali təhsil almaqdan imtina etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlama verən Nigar Ağazadə qəbul imtahanlarından öncə də xaricdə təhsil almağı arzuladığını söyləyib:

"Əvvəldə xaricdə təhsil almağı düşünürdüm. Ölkə birincisi olduqdan sonra şansımı sınamaq istədim və həqiqətən də qəbul oldum. Türkiyədə tibb sahəsi çox inkişaf edib və orada təhsil almaq mənə çox şey qazandıracaq. Rezidentura təhsilimi isə Almaniyada davam etdirmək istəyirəm".

N.Ağazadə ürək-damar cərrahı olmağı arzuladığını vurğulayıb: "Əlbəttə, xaricdə təhsilimi bitirdikdən sonra Azərbaycana qayıdacağam".

Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR