Niderland rus diplomatların sayını azaldır

2023-02-18 23:32:00

Niderland rus diplomatların sayını azaldır

Niderland ölkədə işləyən rus diplomatların sayını məhdudlaşdırmaq qərarına gəlib.

Bu barədə Niderland Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Nazirlər Kabineti Rusiyanın Haaqadakı səfirliyində Niderlandın Moskvadakı səfirliyindən artıq diplomatın işləyə bilməyəcəyi barədə qərar qəbul edib. Buna görə də bir sıra rusiyalı diplomatlar Niderlandı tərk etməli olacaqlar”, - məlumatda vurğulanıb.

Onların dəqiq sayı barədə məlumat verilmir.

Niderland Yayım Korporasiyasının məlumatına görə, söhbət təxminən 10 diplomatdan gedir. Onlar iki həftə ərzində ölkəni tərk etməlidirlər. \\Ölkə.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.284557