Nəzakət Məmmədova: “Rusiya 1000 il əvvəlki tarixinə sahib çıxır, bizdə isə çoxları tariximizi təhrif və təhqir edir”

2022-06-18 01:15:00

Nəzakət Məmmədova: “Rusiya 1000 il əvvəlki tarixinə sahib çıxır, bizdə isə çoxları tariximizi təhrif və təhqir edir”

“Monqol-tatar ordusu ilə rus-peçeneq ordusu 999 il əvvəl, 1223-cü ildə indiki Donetsk ərazisində, Kalka döyüşündə qarşı-qarşıya gəliblər. Orada çiyin-çiyinə vuruşan slavyan knyazlarının ağlına belə gəlməzdi ki, 999 il sonra həmin ərazidə iki qardaş xalq üz-üzə gələcək”.

Bunu politoloq Nəzakət Məmmədova bildirib.

“Monqollardan qaçanlar Dnepr çayını üzüb qaşmış, yerdə qalanlar amansızlıqla öldürülmüşdülər. Kərbəla çölündə olduğu kimi, orada da düşmən mühasirəsində qalan döyüşçülərin susuz qalması onları taqətdən salmışdı. Rusiyanı işğal edən monqollar orada Qızıl Orda dövləti qurublar. Baxmayaraq ki, monqollar rusları öldürmüş, ağır vergilər verməyə məcbur edib, lakin ruslar V.Putinin dediyi kimi, Rusiyanı Qızıl Ordanın varisi hesab edirlər, tarixə real tarix kimi baxırlar. Rusiya 1000 il əvvəlki tarixinə sahib çıxır, bizdə isə çoxları yaxın tariximizi təhrif və təhqir edir, lənətləyir. Tarixə qərəzli yanaşmaq olmaz...” – N.Məmmədova qeyd edib. \\Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya