"Newsweek" ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır : Putin ağır xəstədir və sui-qəsdə uğrayıb

2022-06-03 14:43:00

"Newsweek" ABŞ kəşfiyyatındakı mənbələrə istinadən yazır ki, Vladimir Putinin səhhəti ABŞ xüsusi xidmət orqanlarının növbəti, artıq dördüncü konsolidasiya edilmiş hesabatının əsas mövzularından birinə çevrilib.
Nəşrin müxbiri bütün 17 kəşfiyyat qurumunu koordinasiya edən ABŞ Milli Kəşfiyyat rəhbərinin ofisindəki bir mənbə ilə, eləcə də Müdafiə Kəşfiyyatı İdarəsindəki başqa bir mənbə və Hərbi Hava Qüvvələrinin istefada olan yüksək rütbəli zabitindən infotmasiya əldə edib.
Hər üç mənbə ABŞ kəşfiyyatının Vladimir Putinin səhhəti və Kremldəki vəziyyətlə bağlı Bayden administrasiyasına təqdim etdiyi hesabatla tanışdır.
Bir mənbə deyir ki, "Putinin nəzarəti artıq mütləq deyil. Onun hakimiyyəti dövründə Kremldə hakimiyyət mübarizəsi heç vaxt bu qədər gərgin olmayıb. Hamı sonun yaxınlaşdığını hiss edir".
Bütün mənbələr Rusiya prezidentinin aprel-may aylarında ictimaiyyət qarşısında çıxışları zamanı müşahidə etdikləri Putinin xəstəliyinin zahiri əlamətlərindən danışır. Amerikalı kəşfiyyat analitikləri, o cümlədən psixiatriya və distant diaqnostika sahəsində mütəxəssislər bu hadisələrin videolarını diqqətlə araşdırdılar.
Bəzi müşahidəçilər videoda Rusiya prezidentinin davranışını Parkinson xəstəliyinin əlamətləri kimi qiymətləndiriblər. Həmçinin, Amerika kəşfiyyat mənbələri Putinin xərçəng ola biləcəyini bildirir.
Bundan əlavə, ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, Putin mart ayında sui-qəsd cəhdindən sağ çıxıb.
May ayında Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Sky News”a, daha sonra “Ukrayinskaya Pravda”ya müsahibəsində Putinin sağalmaz xərçəng xəstəliyinə mübtəla olduğundan və onun həyatına uğursuz sui-qəsd cəhdindən danışıb. Budanov deyir ki, Ukrayna Kəşfiyyat İdarəsinin Rusiyada baş verənlərlə bağlı öz mənbə şəbəkəsi var.
Amerika mənbələri isə vurğulayırlar ki, onların bu nəticələrə inamı mütləq deyil və onlar üzərlərinə Putinin nə vaxt öləcəyini proqnozlaşdırmaq öhdəliyi götürmürlər. Müharibədən əvvəl onlar deyirdilər ki, Qərb liderləri ilə tez-tez istehza edilən uzun masa arxasında da olsa, Putinin fiziki və psixi durumu haqqında mühüm məlumat mənbəyi olub, lakin Ukraynaya təcavüzdən sonra bu cür görüşlər praktiki olaraq dayandırılıb.
“Newsweek” yazır ki, məqalə dərc edildikdən sonra redaksiya ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrien Vatson adından bəyanat alıb: “Kəşfiyyatın belə qiymətləndirmələri olduğu və prezidentin onlardan xəbəri olduğu barədə məlumatlar yanlışdır".
Rusiyanın XİN naziri Sergey Lavrov mayın 30-da Fransanın "TF1" telekanalına müsahibəsində Putinin xəstəliyi ilə bağlı xəbərləri şayiə adlandırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya