"Nəvələrim özəl məktəbdə oxuyur, dövlət məktəblərinin formalarından xəbərim yoxdur" - Fəzail Ağamalı

2022-09-12 23:10:00

Xəbər verdiyimiz kimi, artıq ikinci dəfədir ki, Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında izdiham yaşanır.
İzdihamın yaşanmasına əsas verəcək səbəblər qiymət və keyfiyyətlə bağlı narazılıqların olmasıdır.
Məsələ ilə bağlı millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxladıq.
Deputat nəvələrinin özəl məktəbdə oxuduğunu və dövlət məktəblərinin formasından xəbərsiz olduğunu qeyd edib:
"Bakı Tikiş Mərkəzinin qarşısındakı izdihamdan xəbərim yoxdur.
Həmçinin, mənim 2 nəvəm var. Onlar özəl məktəbdə oxuyur. Buna görə də, dövlət məktəbinin formaları ilə bağlı məlumatım yoxdur". \\32gun.az

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057297