"Neuralink": İlk beyin implantında problem yarandı
2024-05-10 13:21:00
İlon Maskın beyin implantlarını istehsal edən "Neuralink" şirkəti ilk xəstəsində problemlə üzləşib. Belə ki, yanvar ayındakı əməliyyatdan bir neçə həftə sonra əməliyyatla yerləşdirilmiş elektrodların bəziləri kişinin beynindən qopub. “Neuralink” hadisəni çərşənbə günü bloq yazısında etiraf edib.
Halbuki, bu, proqram təminatının uyğunlaşdırılması ilə kompensasiya edilmişdi. “Neuralink” problemi yalnız “Wall Street Journal” hadisə barədə öyrəndikdən və şirkətlə əlaqə saxladıqdan sonra ictimaiyyətə açıqlayıb.
Ülviyyə, Hurriyyet.az