Netanyahunun ofisindən məlumat sızdı: saxlanılanlar var
2024-11-02 09:14:29
İsrail kəşfiyyat orqanları Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızması ilə bağlı bir neçə nəfəri şübhəli şəxs qismində saxlayıb.
Axar.az xəbər verir ki, məlumatı “Tayms of İsrail” qəzeti yayıb.
Nəşrin məlumatına görə, sızıntı İsrailin hərbi məqsədlərinə çatmasına mane ola bilərdi.
“Axios” portalı isə saxlanılan şəxslərdən birinin Netanyahunun köməkçisi olduğunu iddia edib.