Saat:07:48
Haqqımızda

Netanyahu: "Təəssüf ki, Qəzza bölgəsində günahsız insanları vurduq"

2024-04-02 16:22:24

Netanyahu:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu videomüraciətində İsrail qüvvələrinin Qəzza sektorundə səhvən bir qrup günahsız insana zərbə endirdiyini söyləyib. Müraciətdə deyilir: "Təəssüf ki, son gündə faciəvi hadisə baş verib - bizim qüvvələrimiz səhvən Qəzza sektorundakı günahsız insanları vurublar". O, gələcəkdə belə hallara yol verilməməsi üçün əlindən gələn hər şeyi edəcəklərini bildirib.
Netanyahu söhbətin konkret olaraq hansı insidentdən getdiyini dəqiqləşdirməyib. 
Qeyd edək ki, bundan əvvəl İsrailin Müdafiə Ordusu "World Central Kitchen" humanitar təşkilatının avtomobilinə endirdiyi zərbə nəticəsində təşkilatın əməkdaşlarının ölümü ilə bağlı başsağlığı vermiş və hadisənin dərindən araşdırılacağını vəd eləmişdi.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.219111