Saat:09:39
Haqqımızda

Netanyahu müharibənin bitəcəyi tarixi açıqladı

2025-06-23 20:19:16

Netanyahu müharibənin bitəcəyi tarixi açıqladı

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsinin mövcudluğuna qarşı iki əsas təhlükə nüvə və ballistik raket təhdidini aradan qaldırmaq məqsədilə hərbi əməliyyatlara başlayıblar.

Baş nazirin sözlərinə görə, əməliyyat zamanı yalnız zəruri addımlar atılacaq və lazım olandan artıq hərəkət edilməyəcək:

"Bu hədəflərə doğru mərhələli şəkildə irəliləyirik və məqsədimizə çatmağa çox yaxınlaşmışıq", - deyə Netanyahu bildirib.

"İranda müəyyən etdiyimiz hədəflərə çatdıqdan sonra əməliyyatı genişləndirməyəcəyik, lakin onu vaxtından əvvəl də dayandırmayacağıq. Artıq əhəmiyyətli nəticələr əldə etmişik və indi Prezident Trampın dəstəyi ilə məqsədimizə daha da yaxınlaşmışıq", - Netanyahu vurğulayıb. \\Milli.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.289071