Saat:01:35
Haqqımızda

Netanyahu Müdafiə nazirini niyə işdən çıxardı? – İsraildə “Milli iflic həftəsi” elan edildi

2023-03-27 12:11:00

Netanyahu Müdafiə nazirini niyə işdən çıxardı? – İsraildə “Milli iflic həftəsi” elan edildi

Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, İsrailin Müdafiə naziri Yoav Qalant hökumətin ölkədə həyata keçirməyə hazırlaşdığı məhkəmə islahatlarını tənqid elədikdən sonra Baş nazir Binyamin Netanyahu onu istefaya göndərib. Bu barədə məlumat martın 26-da, axşam saatlarında İsrail hökumətinin rəsmi saytında yerləşdirilib. Bunun ardından İsrailin bir sıra şəhərlərində etiraz aksiyaları alovlanıb.

Qalant martın 25-dəki çıxışında hökuməti milli təhlükəsizliyi qorumaq naminə məhkəmə islahatlarının keçirilməsini dayandırmağa çalışıb: “Ölkə daxilindəki ikitirəlik İsrailin Müdafiə Ordusunun və müdafiə qurumlarının dərinliklərinə işləyib. Bu da İsrailin təhlükəsizliyinə aşkar və böyük təhdiddir. Mən buna yol verməyəcəyəm”. “Yerusəlim Post” qəzetinin yazdığına görə, bundan sonra Netanyahu Qalantı yanına çağıraraq “etimadını itirdiyini” şəxsən özünə söyləyib.

Baş nazirin “Likud” partiyasındakı bəzi həmkarları, keçmiş Baş nazir,hazırda müxalifətin lideri olan Yair Lapid də Netanyahuu tənqid edirlər. Lapid Netanyahunun “qırmızı xətti keçdiyini” bəyan edərək, hökuməti Baş nazirin qərarını dəstəkləməməyə çağırıb. İsrailin keçmiş Müdafiə naziri Beni Hants isə Qalantdan sonra onun “Müdafiə naziri rolunu öhdəsinə götürəcək şəxsin rüsvay olacağını” söyləyib.

Baş konsul da Baş nazirə etirazını bildirdi, istefa verdi

Eyni zamanda İsrailin Nyu-Yorkdakı Baş konsulu Asəf Zamir də istefa verib. Diplomat deyib: “İsrailin dünyada demokratiya və azadlıq adası olaraq qalması üçün onun gələcəyi naminə mübarizəyə qoşulmaq vaxtı çatıb”.

İsraildə artıq bir müddətdir ki, məhkəmə islahatlarına qarşı nümayişlər keçirilir. Qalantın Müdafiə naziri vəzifəsindən çıxarılması barəsində məlumat yayıldıqdan sonra İsrailin bir neçə şəhərinin küçələrində etiraz aksiyaları keçirilib. Tel-Əvivdə bir neçə küçənin yolu bağlanıb. Polislər su şırnaqları ilə kütləni qovmağa çalışıb.

Ölkədə martın 27-dən etibarən “Milli iflic həftəsi” elan edilib – tənqidçilərin demokratiyaya qarşı addım hesab elədikləri məhkəmə islahatlarına qarşı nümayişlər və tətillər başlanır.

Hürr Tərcüman  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR