Netanyahu adını çəkmədən Türkiyəni hədəf aldı: "UNUDUN!"
Hurriyyet.az xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr Rum Administrasiyasının lideri Nikos Xristodulides Qüdsdə keçirilən üçtərəfli zirvə görüşündə biraraya gəliblər. Netanyahu bildirib ki, "mən öz imperiyalarını qurmağı və torpaqlarımıza hakim olmağı xəyal edənlərə müraciət edirəm. Unudun!".
"Baxın, biz heç kimlə münaqişə axtarmırıq. Mən İsrail adından danışa bilərəm və buradakı iki tərəfdaşım adından inanıram ki, heç kim münaqişə axtarmır. Əksinə, biz sabitlik, rifah və sülh axtarırıq. Hər birimiz ölkələrimizi müdafiə etməyə sadiqik, eyni zamanda ortaq olduğumuz dəniz yollarını və beynəlxalq normalara tabe olan digər əraziləri də müdafiə edirik. Ona görə də deyə bilərəm ki, bu, bu normalar və sabitlik üçün qurulmuş bir koalisiyadır və ümid edirik ki, bu, sınaqdan keçirilməyəcək.
Hər üç ölkə keçmişdə imperiyalar tərəfindən fəth edilib. Lakin biz müstəqilliyimizi qazandıq. İmperiyalarını quraraq torpaqlarımıza hakim olacaqlarını düşünənlərə deyirəm: Unutun, bu barədə düşünməyin, biz özümüzü müdafiə etməyə sadiqik və bizdə bu güc var. Bu üçtərəfli ittifaq bizim potensialımızı daha da gücləndirir", - deyə baş nazir əlavə edib.
NURAY
