Nəsrullahın yerini iranlı agent satıb - sensasion təfsilat üzə çıxdı
Həsən Nəsrullah sentyabrın 27-də Beyrut kənarında İsrail aviasiyasının hücumu ilə qətlə yetirilib.
Hurriyyet.az xəbər verir ki, “Le Parisien” bu barədə sensasion təfsilat paylaşıb. Bəlli olur ki, Həsən Nəsrullahın yeri barədə İsrailə qruplaşmanın daxilindəki iranlı agent məlumat verib.
Bundan əvvəl Tehranda öldürülən HƏMAS lideri Haniyənin koordinatlarını da İranın yüksək rütbəli hərbçilərinin İsrailə ötürməsi barədə ciddi məlumatlar yayılıb və bununla bağlı İranda bir neçə general həbs olunub...
Cihadçı qruplaşmalar, bir sıra ərəb ölkələri, Rusiya Nəsrullahın qətlini pisləyib. Birləşmiş Ştatlar İsraili dəstəkləyib.
Hizbullah həm siyasi partiya, həm də silahlı qruplaşmadır. Hizbullah partiyası Livan parlamentində təmsil olunur.
ABŞ və Aİ-nin terrorçu elan etdiyi HƏMAS radikal qruplaşması ötən il oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib. Bundan sonra Hizbullah İsrailin şimal hissəsini daha fəal şəkildə atəşə tutmağa başlayıb. Bəzi yaşayış məntəqələri evakuasiya edilib. İsrailsə buna cavab olaraq Hizbullahın mövqelərinə zərbə endirib.
Münaqişə sentyabrda kəskinləşib, Hizbullah döyüşçülərinin peycer və ratsiyaları partladılıb. Onlarla adam həlak olub, üç minə yaxın şəxs yaralanıb. Qruplaşma cihazlara hücumlara görə İsraili ittiham edib.